Yaxın Şərqdə yeni müharibə ocağı

İsrail və İranın müharibəyə başlaması Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək

Son günlər onsuz da gərgin olan İsrail-İran münasibətləri bir qədər də gərginləşib. Suriyada baş-başa qalan Tehran və Təl-Əviv hazırda müharibə şəraitindədir desək yanılmarıq. Elə hər iki tərəfdən yüksək rütbəli rəsmilərin müntəzəm olaraq səsləndirdikləri bəyanatlar da bunu təsdiqləyir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki,  İsrail hərbi hava qüvvələri Suriayada İrana qarşı hərbi bazaya güclü raket zərbələri endirib. Hətta raket zərbələri o qədər güclü olub ki, 2,6 yerin təkində şkala üzrə zəlzələ effektdi yaradıb. Bu zələlə effektdi təkcə yerdə deyil, siyasətdə özünü hiss etdirdi: "Hazırda Təl-Əvivlə -Tehran indiyə qədər görünmədiyi qədər müharibəyə yaxındırlar. Qeyd edim ki, hətta İsrail tərəfindən İranın Suriyada siyasətinə müharibəsi başlayıb.  İsrail baş naziri Binyamin Netanyahunun televiziyada İranın nüvə sənədlərini Mossadın ələ keçirdiyini qeyd etməsi, Tehrana qarşı ssenarinin hazır olduğunun göstəricisidir. Yəhudi lobbisi təsiri altında olan Tramp adminstrasiyasının bir neçə gündən sonra İranla bağlanmış hərtərəfli nüvə sazişinin ləğvinin gündəmə gətirilməsi ilə üst-üstə düşən Netanyahunun televiziya çıxışı təsadüfi deyildi. Amma bu sənədlərin doğruluğu şübhə yaradır və İranın izolyasiyasının tərkib hissəsidir".

Politoloq deyir ki, Birləşmiş Ştatların yeni dövlət katibi Mayk Pompeonun Yaxın Şərqə turnesi çərçivəsində İsrailin Suriyada İran hərbi bazalarına aviasiya ilə hücumu bir daha İrana mesajdı və bundan sonra zərbələrin daha effektli olacağı, İranın Suriyada güclənməsinin qarşısını alacağının göstəricisidir: "Qeyd edək ki, ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri İrana qarşı hərbi-siyasi ittifaqın qurulmasına yönəlib. Mayk Pompeo İsrail, Səudiyyə Ərəbistanı və İordaniyaya səfər edərək burada, İran ətrafında həlqə formalaşdırmağı, İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hərbi əməliyyatların aparılması, Suriyada və Yəməndə İranın iştirakının məhdudlaşdırlmasının detallarını müzkirə edib. Bundan əlavə Səudiyyə Ərəbəistanı və İsrailin İrana qarşı birgə hərəkəti barədə razılıq əldə olunub.  İsrail daima qeyd edir ki, İranın Suriyada güclənməsinə imkan verməyəcək və onun strateji obyektlərinə qəfil zərbələr endirəcək. Göründüyü kimi İranın heç bir cavab tədbirləri göməməsi fonunda İsrail qətiyyətlə İranın hərbi obyektlərinə zərbə endirir.  Qeyd edim ki, İsrail Suriyada İrana qarşı hərbi əməliyyatlarda Rusiyanın razılığı olmadan iştirak edə bilməz. Çünki, Rusiyada İranın Suriyada bu qədər güclənməsinə xoş baxmır və mümkün qədər zəifləməsini istəyir.  Nəzərə alsaq ki, Netanyahunun Putinlə telefon əlaqəsi var və demək olarki,  Netanyahunun baş naziri kimi ən çox səfər etdiyi ölkə məhz Rusiyadır".

Politoloq hesab edir ki,  İranın İsrailə cavab tədbirləri regionda yeni müharibəyə səbəb olacağı və ABŞ-ın da müharibəyə cəlb ediləcəyi açıq görünür: "Təbii ki, İsrailin Suriyada hərbi əməliyyatları ABŞ-ın planıdır və qəfil zərbələrlə İranı zəiflədilməsinə hesablanıb. İranda bunun fərqində olduğundan, sözdə bəyanatlar verməklə kifayətlənir.  İranla 2015-ci ildə Altılıq ölkələrinin imzaladığı nüvə sazişinin ləğvi gündəmdir, yaxud dəyişdirilməsi tələb olunur. Çünki, Birləşmiş Ştatlar, bu sazişin nəticəsində iqtisadi sanksiyalardan azad olan İranın Yaxın Şərqdə güclənməsindən narahatdır. Hər vəchlə, bu sazişi pozaraq İrana sanksiyaların tətbiqinə çalışır. Bununla İranı Yaxın Şərqdə hərbi-siyasi hərəkətliliyini zəiflətmək istəyir".

Məhəmməd Əsədullazadə onu da diqqətə çatdırıb ki,   İran Suriyada və Yəməndə güclənməklə, İsrail və Səudiyyə Ərəbistanını gərginlikdə saxlamağı, Birləşmiş Ştatların region siyasətinin qarşısını almağı, özünə qarşı hər hansı hücum taktikasını kənara daşıyır: "Bütövlükdə İran teokratik rejiminnn siyasəti regiona sülh deyil, siyasi sabitsizlik ixrac edir.  Demək olar ki, İrana qarşı düymə basılıb. ABŞ-İsrail və Səudiyyə Ərəbistan üçlüyü İranı regiondan çıxaracaq. Tehranın Suriya və Yəməndə siyasəti bir müddətədən sonra ABŞ-ın xeyrinə dəyişəcək. İranın iki cəbhədə müharibə aparmaq resurslarına malik deyil.  Bu gün Yəməndən Səudiyyə Ərəbistanına atılan balllsitik raketlər İranın necə bir oyunçu olduğunu, Səudiyyə və İsrailin yuxusunu qaçırdığı aydın görünür. Təbii ki, ABŞ rəsmi Tehranın bu siyasətinin qarşısını bir müddətdən sonra alacaq. Hələlik isə regionda vəziyyət gərgin olaraq qalmaqdadır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31