"Bu klounu seçək, sonra diz üstə yalvararıq"
1 May 2018 15:34 DünyaNikol Paşinyan Ermənistanın baş naziri olmalıdır.
Bunu Rusiyada fəaliyyət göstərən "Nyus Media" holdinqin erməni əsilli rəhbəri Aram Qabrelyanov deyib.
"Ermənistan parlamentinin iclası başlayıb. Mən klounun seçilməsinin tərəfdarıyam. Bir və ya iki il sonra gürcülər kimi diz çöküb, ölkəyə nizamın gətirilməsi üçün yalvaracağıq", - o bildirib.
Qeyd edək ki, Qabrelyanov "Nyu media" holdinqinin sahibidir. O həmçinin 2011-ci ildən "İzvestiya" qəzetinin direktorlar şurasının sədridir.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31