Gündəm

"Qlobal enerji" mükafatının laureatlarının ADLARI

7 İyun 2018 13:06

"Qlobal enerji" beynəlxalq mükafatının builki laureatları Rusiya Elmlər Akademiyasının (REA) akademiki Sergey Alekseyenko və professor Martin Qrin (Avstraliya) olublar.

Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir

7 İyun 2018 13:01

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

ANS-çiyə yüksək vəzifə verildi

7 İyun 2018 12:54

Tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı İTV-də yüksək posta təyin olunub. O, "Carçı” xəbərlər departamentinin direktor müavini təyin edilib. Bir neçə gündür, danışıqları gedən təyinat dünən baş tutub. K. Əlisgəndərqızı bu gün səhər saatlarında kollektivə təqdim edilib.

Qızına 43 hərflik ad qoydu

7 İyun 2018 12:52

Türkiyənin ən uzun adlı adamı Haşim Ahmet Abdülbaki Buğra Bahadır ənənəni davam etdirərək qızına da 43 hərflik ad qoyub.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların məşğulluq məsələsi necə həll olunur?

7 İyun 2018 12:51

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son on ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb.

Ramazanda necə qidalanmalı?

7 İyun 2018 12:48

Hansı ərzaq məhsullarının qəbulu orqanizmə ciddi ziyan vura bilər? Artıq müqəddəs Ramazan ayının son onuncu gününü yaşayırıq. Bir qayda olaraq Ramazan ayında necə və hansı ərzaqlarla qidalanmaya dair müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, Ramazan ayı ilin istia aylarına təsadüf etdiyində bu məsələ daha da aktuallaşır.

Cinayət məcəlləsini "Qurani-Kərim" zənn ediblər

7 İyun 2018 12:44

Başqırdıstanda yaşayan Zinatullinlər ailəsi bir əsr Quran bildiyi kitabı böyük ehtiramla qoruyub saxlayıb.

Fond “Kaspi” liseyində qalibləri mükafatlandırdı

7 İyun 2018 12:42

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İstefaya gedən “baş nazir” Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

7 İyun 2018 12:40

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib. Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR - 7 ölü, 5 yaralı

7 İyun 2018 12:32

Ukraynanın Donbas bölgəsində ötən gün vəziyyət gərginləşib. Ukrayna Birləşmiş güclərin əməliyyat mərkəzindən verilən məlumata görə, döyüşlər nəticəsində 2 Ukrayna hərbçisi həlak olub, daha 2-i yaralanıb. Həmçinin, Ukrayna kəşfiyyatının məlumatına görə, 5 separatçı məhv edilib, 3-ü yaralanıb.

Tolikin ad günündə Fatimə ilə Nuraydan ŞIDIRĞI RƏQS - VİDEO

7 İyun 2018 12:30

“Hər şey daxil” verilişinin aparıcısı və tanınmış prodüser Tarix Əliyevin dünən doğum günü olub. Dostlarını və yaxınlarını ətrafına toplayan T.Əliyev özünə təmtəraqlı doğum günü keçirib. Qonaqlar arasında rəqqasə Fatimə və gənc müğənni Nuray Məhərov da olub. İki məşhur məclisdə şıdırğı rəqs edib və doyunca əylənib.

Azərbaycan millisi FİFA reyinqində 21 pillə irəliləyib

7 İyun 2018 12:27

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.