Cinayət məcəlləsini "Qurani-Kərim" zənn ediblər

Başqırdıstanda yaşayan Zinatullinlər ailəsi bir əsr Quran bildiyi kitabı böyük ehtiramla qoruyub saxlayıb.

Başqırdıstanda yaşayan Zinatullinlər ailəsi bir əsr Quran bildiyi kitabı böyük ehtiramla qoruyub saxlayıb.

Olaylar.az "Haberler"ə istinadən xəbər verir ki, Ufa şəhərində Zinatullin ailəsi Rusiyanın 1926-cı ilin ərəb dilində olan Cinayət məcəlləsini uzun illər "Qurani-Kərim" kitabı biliblər. 90 il ərzində nəsildən nəsilə ötürülən kitab, uşaqların yastıqlarının altına qoyulurmuş. İnanca görə belə olduğu halda uşaqlar sakit böyüyərmiş. Ərəb dilində olan cinayət məcəlləsi başının altına qoyulan uşaqlar sonradan polis olublar. Bu yaxınlarda ailə üzvlərindən biri heç vaxt açmadıqları kitabı vərəqləyərkən bunun "Qurani-Kərim" olmadığını üzə çıxarıb və kitab muzeyə təhvil verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31