Qızına 43 hərflik ad qoydu

Türkiyənin ən uzun adlı adamı Haşim Ahmet Abdülbaki Buğra Bahadır ənənəni davam etdirərək qızına da 43 hərflik ad qoyub.

Türkiyənin ən uzun adlı adamı Haşim Ahmet Abdülbaki Buğra Bahadır ənənəni davam etdirərək qızına da 43 hərflik ad qoyub.

Olaylar.az "Haberler"ə istinadən xəbər verir ki, Türkiyənin Edirne şəhərində yaşayan Haşim Ahmet Abdülbaki Buğra Bahadır, qızına Aybike Güliz Enzel Yağmur Eflinnisa Nebioğulları adını verib. 

Haşim Ahmet 1977-ci ildə anadan olub. Ailə üzvləri arasında körpənin adının qoyulması səbəbilə anlaşılmazlıq olub. Hər kəs bir ad söyləyib və bütün adların qoyulması tələb olunub. Əhali Müdiri ailənin tələbi qarşısında "mən bu adı yaza bilmərəm" desə belə, üç gün sonra razılıq verib. 

Haşim Ahmet Abdülbaki Buğra Bahadır Nebioğlulları həyatı boyunca adına görə məktəbdə, imtahanda, bankda, əsgərlikdə çətinlik yaşadığını bildirsə də qızına da 43 hərflik ad qoymaqdan çəkinməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31