Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların məşğulluq məsələsi necə həll olunur?

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son on ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son on ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Onu da qeyd edək ki, ölkədə məşğulluq probleminin həllinə xüsusi diqqət yetirən dövlət işsiz vətəndaşların da sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görüb. Belə ki, daha bir mühüm islahat tədbiri kimi, ötən il "İşsizlikdən sığorta haqqında" Qanunun qəbul olunub. Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb. 2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Bu istiqamətdə həyata keçirilən tədbirlər aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq.

Lakin bütün sadalanan faktlara baxmayaraq hələ də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işə cəlb edilməsi sahəsində neqativ hallar müşahidə olunmaqdadır. Xatırladaq ki,   Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları təqdiq edilib. Qaydalara əsasən kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır. Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir: işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər üçün nəzərdə tutulur;  işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər üçün nəzərdə tutulmaqla); işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər üçün nəzərdə tutulmaqla). Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid edilirlər: 20 yaşadək gənclər; yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər; əlil uşaqları tərbiyə edən qadınlar; pensiya yaşına 2 ildən az qalmış şəxslər; əlillər; cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar; məcburi köçkünlər; müharibə veteranları; şəhid ailələri. Bundan başqa, "Əlil olan şəxslərin hüquqları haqqında" qanun qəbul edilib. Sənəd əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Lakin reallıqda sağlamlıq imkanları məhdud insanların işə cəlb edilməsi məsələsində ciddi boşluqlar yaşanmaqdadır. Millət vəkili Musa Quliyev hesab edir ki, sağlamlıq imkanları məhdud insanların məşğulluq məsələsi daim daim diqqətdə olmalıdır: "Lazım gəlsə, bununla bağlı ayrıca qanun hazırlanıb, qəbul edilməlidir. Eyni zamanda, əlillərin məğulluq məsələsi həm müzakirə olunan qanunun predmeti, həm də yeni hökumətin diqqətində olmalıdır. Bu, çox mühüm məsələdir. Onu diqqətdən kənarda qoymaq olmaz". Millət vəkili Siyavuş Novruzov da hesab edir ki,  əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Hətta elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər:"Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən sonda əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-may aylarında 1400 nəfərə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 1317 nəfəri üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə hazırlığı və əlavə təhsil kurslarında modul tədris proqramlarından da istifadə edilib. Bu isə öz növbəsində peşə bilik və bacarıqlarının öyrədilməsi prosesində səmərəliliyi artırır, peşələrin daha qısa vaxtda və asan şəkildə mənimsənilməsinə imkan verir. Son 5 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib. Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslər əmək bazarına çıxış və məşğulluq imkanları əldə ediblər. Yanvar-may aylarında rayon (şəhər) Məşğulluq mərkəzlərinin təşkil etdiyi peşəyönümü tədbirlərdə isə 63,2 min nəfər gənc iştirak edib. Onlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, düzgün peşə seçimi aparmaları üçün peşəyönümü məsləhətlər verilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31