Fond “Kaspi” liseyində qalibləri mükafatlandırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb.
7 İyun 2018 12:42 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Kaspi" liseyində "Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz" mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Olaylar.az bildirir ki, müsabiqə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması ilə əlaqədar olaraq Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində keçirilib.
"Kaspi" liseyinin direktoru Asif Əzizov iştirakçıları Cümhuriyyətin 100 illiyi münasibəti ilə təbrik edərək məktəblilərin əldə etdikləri uğurlardan bəhs edib. Mərasimdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin şərəfli tarixindən söz açılıb, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Cümhuriyyət qurucularına böyük ehtiramından danışıb.

Müsabiqənin qaliblərinə Bilik Fondunun diplomları və Cümhuriyyət tarixindən bəhs edən kitab hədiyyələri təqdim olunub.