Gündəm
Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 10 ölü, 73 yaralı – VİDEO/FOTO (YENİLƏNİB)
Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb. Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib.
Azərbaycanda ana iki qızı ilə birgə itkin düşdü
Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb. Hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib. Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.
Yaponiyada leysan yağışlar nəticəsində 76 nəfər ölüb
Dünyanın ən zəngin adamı yenə o seçildi - SİYAHI
Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb. ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142 milyard dollar təşkil edir.
İŞİD-in əsas bazası məhv edildi – 150 ölü
Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər. Bu haqda “Tolo News” telekanalı bildirib.
FHN-dən KİV-lərə ÇAĞIRIŞ
Bu gün bəzi kütləvi informasiya vasitələrində (KİV) Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
Türkiyədə bədbəxt hadisə nəticəsində azərbaycanlı turist həyatını itirib
Azərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.
Türkiyədə 18,5 mindən çox dövlət qulluqçusu işdən azad edilib
Türkiyə hökuməti 18632 nəfərin dövlət qulluğundan azad edilməsi barədə Qərar qəbul edib.
Rezidenturaya qəbul imtahanı başa çatıb
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Pişik politoloqun müsahibəsinə mane oldu – Video
Tailandda 4 gün davam edəcək xilasetmə əməliyyatı başladı
Samuxda bataqlıq ərazi yanır
Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.
Xanım prezident qələbəni futbolçularla BELƏ QEYD ETDİ - FOTO
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib. Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib.
Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”
Xəbər verdiyimiz kimi tanınmış yazar Cəlil Cavanşir şəxsi sosial şəbəkə hesabından canlı yayım edərək damarlarını kəsib və intihara cəhd edib. Yazarın canlı yayımda intihara cəhd etməsi sosial mediada və şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.
“Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib
Azərbaycan Dillər Universitetində “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib. Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirib.














