İŞİD-in əsas bazası məhv edildi – 150 ölü

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər. Bu haqda “Tolo News” telekanalı bildirib.

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər.

Bu haqda "Tolo News" telekanalı bildirib.

İŞİD-in dayaq məntəqəsi Nanqarhar əyalətinin Haska Mina bölgəsinin Qorqori kəndində yerləşirdi. Əfqan hərbçilərinin məlumatına görə, əməliyyat 10 gün əvvəl başlanmışdı. Əməliyyatda iştirak edən xarici güclər bazaya aviaazərbələr endiriblər.

İndiyə kimi İŞİD-in 150 döyüşçüsü məhv edilib. Terrorçular paytaxt Kabil və ölkənin başqa şəhərlərində terror aktları həyata keçirməyi planlaşdırdılar.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31