Qubada aşınmaya məruz qalmış elektrik dirəkləri yenilənir-Deputat- ÖZƏL
10:22 SosialQubanın Rustov kənd inzibati ərazi dairəsi üzrə "Azərişıq" tərəfindən köhnəlmiş, eləcə də bu il yağıntıların intensivliyi və sel sularının təsiri nəticəsində aşınmaya məruz qalmış elektrik dirəklərinin yenilənməsi işləri aparılır. Bu barədə "Olaylar"a Milli Məclisin deputatı Müşfiq Məmmədli məlumat verib: "Görülən işlərlə yerində tanış oldum, kənd sakinləri və burada çalışan seçicilərimizlə görüşərək onların müraciətlərini, qarşılaşdıqları problemləri və təkliflərini dinlədim.
Kəndlərimizdə infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması, elektrik təsərrüfatının etibarlılığının və təhlükəsizliyinin artırılması, sakinlərimizi narahat edən məsələlərin aidiyyəti qurumlarla birgə həlli daim diqqətimizdədir. Seçicilərimizlə birbaşa ünsiyyəti və qaldırılan məsələlərin həllinin izlənilməsini bundan sonra da davam etdirəcəyik".