Türkiyədə 18,5 mindən çox dövlət qulluqçusu işdən azad edilib

Türkiyə hökuməti 18632 nəfərin dövlət qulluğundan azad edilməsi barədə Qərar qəbul edib.

Türkiyə hökuməti 18632 nəfərin dövlət qulluğundan azad edilməsi barədə Qərar qəbul edib.

Qərar 2016-ci ilin iyul ayında tətbiq olunmuş fövqəladə vəziyyət əsasında qəbul edilib.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələrində 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətində işdən azad olunanların sayı 8998 nəfərdir, jandarmeriyada - 649 nəfər, Ədliyyə Nazirliyində - 1051 nəfər, Təhsil Nazirliyi - 658 nəfər, dini işlər üzrə idarədə - 240 nəfər, XİN-də - 38 nəfər, dövlət universitetlərində - 199.

Bundan başqa, ölkədə 12 ictimai təşkilat, üç qəzet və bir telekanal da fəaliyyətlərini dayandırıblar.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31