Gündəm
Türkiyəli gözəlin TACI əlindən alındı- FOTO
Almaniyada keçirilən “Miss Turkuaz Top Model 2017”də iştirak edən və “Top model” olan Dilan Oktaşın tacı əlindən alınıb. Dilan müsabiqənin şərtnaməsinə əməl etmədiyi üçün barəsində belə bir qərar qəbul edilib. “Miss Turkuaz” təşkilat komitəsinin sədri Yıldıray Cengiz mətbuata məsələ ilə bağlı yazılı açıqlama göndərib: “Müsabiqədə iştirak edən və dərəcə alan Dilan Oktaş “Miss Turkuaz Top Model” şərtnaməsinə əməl etmədiyi üçün “Miss Turkuaz Top Model 2017” ünvanı və tacı geri alınıb”.
İkinci təhsilini ÖDƏNİŞSİZ oxumaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına yeniliklərlə start verəcək. Universitetdən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. 600-dən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil üçün 50 faiz güzəşt tətbiq olunacaq.
Müəllimlərin işə qəbulu üçün aparılan sənəd qeydiyyatı REKORD HƏDDƏ olub
Azərbaycanda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün aparılan sənəd qəbulu iyulun 8-də yekunlaşıb.
Naxçıvan ərazisindəki unikal abidələrdə tədqiqatlar davam etdirilir
Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti və təbii sərvətləri qədim mədəniyyətlərin formalaşmasında mühüm rol oynayıb. Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf еdib təşəkkül tapıb. Еramızdan əvvəl üçüncü minilliyin sоnunda iqtisadiyyatın və ticarətin inkişafı Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan vеrib. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədi ilə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir.
"Murad musiqi yaratmağı unudub" - Lətifə yıxıb-sürüdü
Müğənni Lətifə Soyuöz "ATV maqazin onlarla"nın "Hit-parad" rubrikasının qonağı olub. Sənətçi həmkarı Murad Arifin "Oppalara" mahnısından danışıb. O bildirib ki, bəstə yalnız çimərliklərdə dinləniləcək:
Müqtəda əs-Sadr: “ABŞ-la müzakirələr dayandırılsın”
İraqın “Sadr” Hərəkatının lideri Müqtəda əs-Sadr ölkədəki siyasi qruplardan hökumətin qurulması işlərində ABŞ və qonşu ölkələrlə müzakirələrin aparılmamasını istəyib. Şiə dini lideri hökumətin qurulmasını iraqlıların daxili işi adlandırıb.
Britaniyanın “Breksit” üzrə naziri istefa verdi
Böyük Britaniyanın “Breksit” üzrə naziri Devid Devis istefa verib. Bu haqda mənbəyə istinadən “Independent” nəşru bildirib. Nəşr yazır ki, Devisin Avropa İttifaqı ilə gələcək gömrük razılaşmaları üzrə baş nazir Tereza Meyin planını qəbul etməməsi istefanın səbəbidir.
Qanunsuz ov edən şəxslər saxlanıldı
Gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb. Olaylar.az bildirir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.
Yeni doğulan körpələr üçün süni ağciyər
Kanada və Almaniyadan olan bir qrup alim tərəfindən tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradılıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışıqlarından deyil, havadan istifadə edir. Yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır.
Rozanın səhhəti pisləşdi
Müğənni Roza Zərgərli “Hər şey daxil” verilişinin çəkilişi üçün Lvova yollanıb. Sənətçinin səfər zamanı halı pisləşib. Həkimlərin müdaxiləsindən sonra R.Zərgərli özünə gəlib. Sənətçi görüntüsünü sosial şəbəkədə paylaşaraq “Kənardan hər sahə asan görünür, amma kadr arxasında hər şey bir başqadır” sözlərini yazıb.
Suriya İsrailə məxsus hərbi təyyarəni vurub
Suriya hava hücumundan müdafiə qüvvələri Homs əyalətində aviabazaya edilən hava hücumunun qarşısını alıb. Hava hücumu nəticəsində ölən və yaralanan olmayıb, yalnız maddi ziyan dəyib.
Türkiyə üçün tarixi gün – Rəsmən BAŞLANIR
Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “Prezident vəzifəsinə başlama mərasimi” keçiriləcək. Beştəpədə Prezident Sarayında keçiriləcək mərasimdə 28 ölkədən dövlət, hökumət və parlament başçıları, o cümlədən 22 dövlət başçısı ilə yanaşı, çoxlu sayda yerli və xarici qonaq iştirak edəcək.
Günün qoroskopu - 9 İYUL
Avropanın ən yaşlı qadını vəfat etdi
İtaliyada Avropanın ən yaşlı qadını Cuzeppina Procetto dünyasını dəyişib.











.jpg)

