"Murad musiqi yaratmağı unudub" - Lətifə yıxıb-sürüdü

Müğənni Lətifə Soyuöz "ATV maqazin onlarla"nın "Hit-parad" rubrikasının qonağı olub.  Sənətçi həmkarı Murad Arifin "Oppalara" mahnısından danışıb. O bildirib ki, bəstə yalnız çimərliklərdə dinləniləcək:

Müğənni Lətifə Soyuöz "ATV maqazin onlarla"nın "Hit-parad" rubrikasının qonağı olub. 
 

Sənətçi həmkarı Murad Arifin "Oppalara" mahnısından danışıb. O bildirib ki, bəstə yalnız çimərliklərdə dinləniləcək:

"Çimərlik ətrafı məkanlarda bəyənilən bir mahnı olacaq. Gənclər yaxşı oynayacaq bunu. Bu daha çox hovuzkənarı mahnıdır. Sanki Murad Arif son zamanlar musiqi yaratmır. O, musiqi yaratmağı sanki unudub. Hay üçün çalışır. Artıq Muradın beynində hit yaratmaq var. Mahnı toplusu yaranır. Məncə Murad bir az az mahnı çıxarsın, amma hər zamankı kimi dəqiqliyi ilə musiqi olsun.
 
Onun bir çox bəstələri var ki, sevə-sevə ürəkdən oxuyaram. Amma bunu oxumaram. Bu mahnı bənzətmədir. "Bastalama damarımı" mahnısının pik nöqtəsini görüb davamını çıxarmaq kimi bir şey olub. Amma o olmadı. Mən dostluğum xətrinə altıncı sıraya qoydum".

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31