Britaniyanın “Breksit” üzrə naziri istefa verdi
Böyük Britaniyanın “Breksit” üzrə naziri Devid Devis istefa verib. Bu haqda mənbəyə istinadən “Independent” nəşru bildirib. Nəşr yazır ki, Devisin Avropa İttifaqı ilə gələcək gömrük razılaşmaları üzrə baş nazir Tereza Meyin planını qəbul etməməsi istefanın səbəbidir.
9 İyul 2018 09:42 DünyaBöyük Britaniyanın "Breksit" üzrə naziri Devid Devis istefa verib. Bu haqda mənbəyə istinadən "Independent" nəşru bildirib.
Nəşr yazır ki, Devisin Avropa İttifaqı ilə gələcək gömrük razılaşmaları üzrə baş nazir Tereza Meyin planını qəbul etməməsi istefanın səbəbidir.
Daha əvvəl "Times" qəzeti bildirib ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqından çıxış üzrə Nazirlər Kabinetinin planına maneə olacağı halda, Xarici İşlər Nazirliyinin başçısı Boris Conson və digər hökumət üzvlərini istefaya göndərməyə söz verib.
Publika.az