Qanunsuz ov edən şəxslər saxlanıldı

Gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb. Olaylar.az bildirir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən  hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Olaylar.az bildirir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən  hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31