Azərbaycanın humanitar siyasəti ölkəyə rəğbəti artırır- ÖZƏL

Azərbaycan ehtiyac içində olan ölkələrə və insanlara humanitar dəstəyini davam etdirir. Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq müxtəlif ölkələrdə yaranan çətinliklərin aradan qaldırılmasına töhfə verir.

Azərbaycanın humanitar yardımları ölkənin beynəlxalq nüfuzuna necə təsir edir? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Azərbaycanın ehtiyacı olan digər ölkələrə humanitar yardım göstərməsi ölkənin beynəlxalq nüfuzuna müsbət təsir edir. Beynəlxalq həmrəylik və humanizm prinsiplərinə əsasən Azərbaycan bəzi ölkələrə yardım edir ki, bu da dövlət siyasətinin tərkib hissəsidir. Dövlətin beynəlxalq nüfuzuna, siyasətinə və mövqeyinə fayda gətirən bu addım müxtəlif zamanlarda müsbət dəyərləndirilib və ölkənin imicinə müsbət təsir göstərib. Azərbaycanın xarici siyasəti baxımından bu ənənə davam edir və həmin ölkələrin ölkəmizə qarşı rəğbətini artırır. Ümumiyyətlə insani prinsipləri əsasən bu cür yardımların göstərilməsi həm də mənəvi yöndən qiymətlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31