Türkiyədə bədbəxt hadisə nəticəsində azərbaycanlı turist həyatını itirib
Azərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.
8 İyul 2018 19:33 DünyaAzərbaycan vətəndaşı Ömərova Məryəm Türkiyədə bədbəxt hadisə nəticəsində həlak olub.
27-yaşlı Məryəm müvazinəti itirərək 15 metr yüksəklikdən Aladərə şəlaləsinə yıxılıb. Hadisə Muğla vilayətinin Fəthiyə şəhərində olub.
M.Ömərovanın yıxılması barədə təcili tibbi yardıma digər turist xəbər edib. Cəsədin çıxarılması üzrə işlər iki saat davam edib.
Cəsəd yarılma üçün Fəthiyə Dövlət Xəstəxanasının morquna çatdırılıb. Yerli polis hadisə ilə bağlı araşdırma aparır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31