Gündəm

Deputat: “Paşinyan sələflərinin yolu ilə getməməlidir"

7 Avqust 2018 12:39

“Dünya praktikasında da hərbi xunta rejimlərinin sonu Ermənistandakı kimi olub. Ermənistandakı xunta rejiminin fərqi ondan ibarət olub ki, xuntanı idarə edənlər Azərbaycana qarşı ədalətsizlik ediblər, əlləri günahsız insanların qanına batıb. Qaniçənlik o qədər güclənmişdi ki, öz vətəndaşlarına qarşı da yönəlmişdi”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili: “Ermənistan bundan da betər günə düşəcək"

7 Avqust 2018 12:37

“Əgər Ermənistanın baş naziri Nikol Paşinyan düzgün fikirləşib özündən əvvəlki rəhbərlərin səhvlərindən nəticə çıxara bilsə və düzgün qərar qəbul edə bilsə təbii ki, vəziyyətdən çıxa biləcək. Bu zaman Ermənistan böhran vəziyyətindən çıxa bilər”. Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Tahir Mirkişili: “Hər 100 manatın 37-38 manatı sosial xərclərə yönəldilir"

7 Avqust 2018 12:35

“Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin üçdə-ikisi Azərbaycan dövlətinin sosialyönümlü dövlət olduğunu sübut edir”. Bunu açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

“İrana sanksiyaların tətbiqi Azərbaycanın iqtisadi maraqlarına xidmət etmir”

7 Avqust 2018 12:21

“ABŞ İrana qarşı təzyiqlərini artırmağa başlayıb. Bu mənada, ən təsirli yol iqtisadi sanksiyaların tətbiqi hesab olunur. ABŞ tətbiq etdiyi və gələcəkdə etməyi planlaşdırdığı sanksiyalara qoşulmaq üçün bir çox ölkələrlə danışıqlar aparır. Düşünürəm ki, bu cür sanksiyalar nəinki Azərbaycanın, dünya ölkələrinin əksəriyyətinin iqtisadi maraqlarına cavab vermir”. Bu sözləri açıqlamasında millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Rusiya Yunanıstana nota verdi

7 Avqust 2018 12:20