Madurodan sui-qəsd açıqlaması: "Bir neçə saat sonra…"

Kolumbiya hökumətinin Venesuela rəhbərinə qarşı sui-qəsdin arxasında dayanmasıyla bağlı kifayət qədər sübut var.

Bu barədə bəyanatı öz Tvitter səhifəsində Venesuela Prezidenti Nikolas Maduro yayıb.

O, indiyə qədər sui-qəsddə iştirak edən polis və hərbçilərin ələ keçirildiyini, hazırda isə bunu planlayanların ələ keçirilməsi üçün çalışdıqlarını bildirib. Maduro yaxın bir neçə saat içərisində Kolumbiya hökumətinin bu sui-qəsddə iştirakı ilə bağlı sübutları ictimaiyyətə təqdim edəcəklərini söyləyib.

Qeyd edək ki, bundan öncə Kolumbiyanın artıq keçmiş prezidenti olan Xuan Manuel Santos Maduronun sui-qəsdlə bağlı ünvanına səsləndirdiyi bütün ittihamları rədd etmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31