Netanyahu Avropanı İrana sanksiyalar tətbiq etməyə çağırdı: "Özünüzü ABŞ kimi aparın"
7 Avqust 2018 13:54 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.
O deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".
İsrailli nazir əlavə edib: "Mən Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. ABŞ necə hərəkət edirsə, Avropa da özünü elə aparmalıdır".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31