Partiya liderinə ölkədən çıxmaq qadağası qoyuldu
7 Avqust 2018 13:03 DünyaMüstəqil Türkiyə Partiyasının rəhbəri Heydər Başa qarşı cinayət işi açılıb.
Baş keçmiş ortağı Mustafa Əraslanın 6 milyonluq əmlakını zorla ələ keçirməkdə ittiham edilib. Nəticədə məhkəmə Başın bütün əmlakına həbs qoyaraq, onun ölkəni tərk etməsini qadağan edib. Üstəlik, Başın 10 ildən 15 il müddətinə qədər həbs edilməsi tələb edilib.
Qeyd edək ki, tərəflər arasında məhkəmə prosesi 2016-cı ildən başlamışdı. Baş o zaman irəli sürülən bütün ittihamları rədd etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31