“İmza günü” anlayışı

"Arçut (Ardıc) imza günü"nün əhəmiyyəti barədə

"ARDIC Hərəkatı"nın təqdimatında

İnsanın mənası onun yaradıcılığında və quruculuğundadır. Yaradıclıq və quruculuq bir inikasdır.   İnsan fiziki (maddi aləmin, cismin)  və mənəvi(ruhi)  yaradıcıdır.  İnsan daim fiziki və mənəvi yaradıcılıq istedadını və qabiliyyətini birləşdirir.  Yaradılan, əldə edilən məhsul insanın sosial-rifah halına xidmət edir.  İnsan sistemli xidmət göstərən məxluqdur. İnsan düşüncələri, zehni və əli sistemli yaradıcı vasitədir.  İnsan bu dünyada irs qoymalıdır. İrs dəyərlərdən ibarətdir. İrs zəngin potensialdır. Ondan faydalanmaq şərtdir.

İnsanı saxlayan dəyərdir, irsi amillərdir. İnsan irslə həyatının mənasını görür. Yaradıcılıq və quruculuq şəxsiyyəti tamamlayır. Hər bir şəxsin imzası var. İmza tək qələmlə çəkilən cizgilərdən, xətlərdən ibarət deyil.  İmza onu tamamlayan elementlərin məcmusudur. İmza təkcə  həkk olunan avtoqrafdan, eləcə də möhür şəkilinə salınmış modellərdən  ibarət deyil. İmza əhatələnmiş, geniş mənada onun müəllifinin bitkinləşmiş şəxsiyyətini ifadə edəndir.  Yazı imzasının mənası böyükdür. Məsələn, dövlət başçısı xalqın seçdiyidir. Yəni, onun imzasıdır.  İmza təmsilçilik üçün bir vasitədir. Məsələn, xalq dövlət başçısına bir vəkil kimi, təmsilçi kimi inam göstərir, onu müdafiə edir.  Dövlət başçısı xalqın və ölkənin bütövləşmiş siyasi, iqtisadi və mədəni təcəssümü kimi çıxış edir. Xalq öz imzasının dayağıdır. Xalqın imzası onun hüquqlarının təminatçısı, qoruyucusu rolunda çıxış edir. İmza təmsilçilik fəlsəfəsini özündə ehtiva edir. Məsələn, müəllifin kitabı, çəkdyi rəsm əsəri, tikdiyi bina, layihələndirdiyi ev,  qurduğu dövlət, obyekt, yetişdirdiyi heyvan və bitki, həmçinin  övlad  onun imzasıdır. Burada imza rəmzi məna kəsb edir, tanıtım funksiyasını yerinə yetirir  və təmsilçiləri özündə ifadə edir.

İmza xidmətlərin təcəssümüdür. Məsələn, rəssam və yazıçı, şair, digər yaradıcı (xalçaçı, modelyer, memar və s.) və qurucu şəxs (mühəndis)  öz əsərlərini təqdim etmək üçün "imza günü" müəyyən edir. Bu yolla öz xidmətlərini xalqa, cəmiyyətə, ətrafa  nümayiş etdirir.  İmza günü nümunəvi modellərdən ibarət ola bilər. Eləcə də gündəlik təqdimatı özündə əks etdirmək imkanlarına malik ola bilər.  İmza günü təqdim edənin kimliyini əks etdirir. Bir irs yaradır.   İmza "Made in", "Made by", "Translated by" kimi kateqoriyaları özündə əks etdirir.

İmza vasitələri bir həvəs və irs yaradır. Stimul və həvəs verir.  Ardıcıl yaradıcılığa yön və səmt verir.

Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut (Ardıc) kəndi imzaları olan şəxslərlə doludur. Kəndin irsi məxsusi imzaları olan nəsil yaradıb. Müəllimlər, mühəndislər, həkimlər, iqtisadçılar, hüquqşünaslar, hərbçilər, alimlər  və digər peşə sahiblərinin   böyük qrupunu yetişdirib. İmzalar imzaları şərtləndirib.

Arçutlu (Ardıclı) şəxslərin (Arçutda dünyaya gəlmiş və arçutəsilli şəxslərin) "imza günü" onların bu yaşayış məskəninin kimliyini əks etdirir. İmzanı təşkil edən vasitələr, elementlər cəm halda "Arçut imza günü"nün formalaşmasını zəruri edir.

Kəndin "İmza günü"ndə  kənd sakinlərinin imzalarından çıxan dəyərli məhsulların, eksponatların təqdimatı mərasimi keçirilir. Bununla da kəndin şəxsiyyəti özünü vahid təcəssüm olunmuş əsnada təqdim edir.

"Arçut (Ardıc) imza günü"nün vasitələrinə bunları aid etmək olar:

-Arçutluların diplom, attestat və sertifikatları;

-memarlıq vasitələri, dizaynlar;

-elmi dərəcələri və elmi adları;

-medalları, ordenləri  və mükafatları;

-ixtira və kəşfləri;

-əsərləri, o cümlədən  kitabları, jurnalları, qəzet və digər nəşr vasitələri;

-radio və televiziya vasitələri, saytları;

-sahibkarlıq fəaliyyəti;

-moda və tikiş vasitələri;

-texniki vasitələr;

-toxuculuq vasitələri: xalça, kilim, palaz;

-yaylaq ənənəsinə aid olan vasitələr;

-kənd təsərrrüfatı ilə bağlı olan nailiyyətlər;

-sərgiyə tədqim olunan qiymətli vasitələr;

-muzeylər;

-mədəniyyət vasitələri: kəndin adət və ənənələri;

-rəsm əsərləri;

-musiqi bəstələri və şeirlər;

-romanlar   və s.

Arçutlu (Ardıclı) olmaq o halda şərəf verir ki, sakinlər imzalarından dəyərli vasitələr təqdim edirlər. Bu vasitələr bəşəriyyətin ümumi mənafeyinə xidmət edir.

"Arçut (Ardıc) imza günü"nün əhəmiyyəti nədən ibarətdir:

-İmza vasitələrini təqdim etməklə, kimliyi əks etdirmək və ətrafa dəyərləri təqdim etmək;

-Arçut (Ardıc) statusunu möhkəmləndirmək;

-Kənd həmrəyliyini yaratmaq;

-Kəndin şərəfini və nüfuzunu qorumaq;

-yeni yaradıcılıq və quruculuq üçün irsi və izi meydana gətirmək;

-sərgilərdə, yarmarkalarda  vasitələri təqdim etməklə bazar əldə etmək

"15 dekabr -Həmrəylik günü" münasibətilə "Arçutun (Ardıcın) imza günü"nü təşkill etmək olar.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31