“Florida Azərbaycan Amerika İcması” rəsmi qeydiyyata alınıb

2015-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Florida ştatında yaşayan həmvətənlərimizi birləşdirən diaspor təşkilatı artıq "Florida Azərbaycan Amerika İcması" adı ilə qeydiyyata alınıb.

"OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan həmyerlimiz Esmira Bayramova icmanın sədri seçilib. Cəmiyyətin tərkibində Azərbaycan dilinin, eyni zamanda milli və Qafqaz rəqslərinin təbliği məqsədilə kiçik məktəb-kurslar açılıb, azərbaycanlılardan ibarət futbol komandası yaradılıb.

Təşkilatın əsas missiyası ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31