Rusiya Yunanıstana nota verdi
7 Avqust 2018 12:20 DünyaRusiya ilə Yunanıstan arasında yaşanan gərginlik davam edir.
Ötən ay Yunanıstana səfər edən 2 rusiyalı diplomatın ölkənin daxili işlərinə müdaxilə etməsi səbəb göstərilərək girişinə qadağa qoyulub. İki ölkə arasında gərginliyə yol açan bu hadisədən sonra Rusiya da Yunanıstana qarşılıq verdi. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, ötən ay 2 diplomatımız sərt şəkildə Afinadan qovulub: "Məsələ ilə bağlı Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganasa Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31