Deputat: “Paşinyan sələflərinin yolu ilə getməməlidir"

“Dünya praktikasında da hərbi xunta rejimlərinin sonu Ermənistandakı kimi olub. Ermənistandakı xunta rejiminin fərqi ondan ibarət olub ki, xuntanı idarə edənlər Azərbaycana qarşı ədalətsizlik ediblər, əlləri günahsız insanların qanına batıb. Qaniçənlik o qədər güclənmişdi ki, öz vətəndaşlarına qarşı da yönəlmişdi”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

"Dünya praktikasında da hərbi xunta rejimlərinin sonu Ermənistandakı kimi olub. Ermənistandakı xunta rejiminin fərqi ondan ibarət olub ki, xuntanı idarə edənlər Azərbaycana qarşı ədalətsizlik ediblər, əlləri günahsız insanların qanına batıb. Qaniçənlik o qədər güclənmişdi ki, öz vətəndaşlarına qarşı da yönəlmişdi".

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, həmin rejimi təmsil edən Köçəryanlar və Sarkisyanlar komandalarının məqsədi o olub ki, hansı yolla olursa-olsun hakimiyyəti əllərində saxlasın, ölkəni talan etsin: "Amma gec-tez ədalət bərqərar olunur. Düşünürəm ki, bu gün Ermənistanda cərəyan edən hadisələr də bu istiqamətdə Paşinyan hökumətinin ilk addımlarıdır. Paşinyan əgər ölkəsini və öz gələcəyini düşünürsə başladığı prosessləri axıra qədər aparmalıdır, özündən əvvəlkilərin yolu ilə getməməli və dərs götürməlidir. Bu gün cəlladları, terroristləri məhkəmə qarşısına çıxarmalı və layiqli cəzalarını verməlidir. Başladığı təmizləmə işlərin davamı olaraq "Qarabağ klanı"nı tam zərərsizləşdirəndən sonra Azərbaycanla masa arxasında oturaraq illərdir həll olunmayan problemlərin həlli istiqamətində cəsarət tapmalıdır. Əgər Paşinyan Ermənistanın gələcəyini düşünürsə ancaq bu yolu tutmalıdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31