Akşənərə növbəti zərbə: daha bir istefa
7 Avqust 2018 13:06 DünyaTürkiyənin İYİ Partiyasının təsisçilərindən olan Məhməd Fatih Əryılmaz partiyadan ayrılıb.
Əryılmaz istefasına əsas səbəbi partiya rəhbərliyindən narazılığı ilə əlaqələndirib.
"Öz qoyduqları qaydaları ilk özləri tapdalayıb, ölkənin hər yerindən bu hərəkata ümid bağlayan məsum insanların ümidlərini yox ediblər. Buna görə də partiya və idarə heyəti üzvlüklərindən istefa verirəm", - o bildirib.
Qeyd edək ki, dünən partiyanın daha üç təsisçisi Yusif Halaçoğlu, Özcan Yeniçəri və Nevzat Bor da partiyadan ayrıldığını bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31