Almaniyada DƏHŞƏT: 12 mindən çox insan həyatını itirdi - ŞOK HESABAT

Almaniya Səhiyyə Nazirliyinin tərkibinə daxil olan Robert Kox İnstitutunun (RKI) yeni hesabatına əsasən, avqustun əvvəlinə olan məlumata görə ölkədə anomaliya dərəcədə isti hava şəraiti ilə bağlı ölüm hallarının sayı təxminən 12 500 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti instituta istinadən məlumat yayıb.

RKI-nin həddindən artıq istilərlə bağlı ölüm halları üzrə son hesabatı 6 aprel - 2 avqust tarixlərini əhatə edir. İnstitut tərəfindən yüksək temperaturlarla əlaqəli əlavə ölüm göstəriciləri üzrə model qiymətləndirməsi aparılıb.

Bu il Almaniyada yüksək temperatur səbəbindən baş verən ölüm hallarının sayı artıq ötən illərin əksəriyyətinin göstəricilərini üstələyib. Müqayisə üçün qeyd edək ki, RKI-nin məlumatına görə, 2018-ci ildə anomaliya isti hava şəraiti təxminən 9 400, 2019-cu ildə isə 7 700 nəfərin ölümünə səbəb olmuşdu.

Hesabatda bildirilir ki, baş verən anomaliya istilərdən ən çox əziyyət çəkənlər Almaniyanın yaşlı sakinləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31