Gündəm

“Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir” - Küveyt Millət Məclisinin sədri

21 Sentyabr 2018 14:47

“Azərbaycan xalqını parlamentin yaradılmasının 100 illiyi münasibətilə Küveyt xalqı adından səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib”.