Trampın Nikoldan imtinası dəqiqləşdi – Siyahı açıqlandı
21 Sentyabr 2018 15:19 DünyaABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində altı ölkə lideri ilə görüşəcək.
Trampın görüşəcəyi şəxslər arasında Fransa, Britaniya, İsrail, Misir, Yaponiya və Cənubi Koreya liderləri yer alır. O, həmçinin BMT Baş katibi Antonio Quterreşlə də görüşəcək.
Sentyabrın 26-da ABŞ liderinin BMT Təhlükəsizlik Şurasında nüvə silahlarının yayılmasının məhdudlaşdırılması ilə bağlı çıxışı olacaq.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi və Amerikadakı erməni lobbisi uzun müddət görüş üçün çalışsa da, Trampın Paşinyanla görüşdən imtina etdiyi bildirilmişdi. Bu siyahı isə imtina haqda xəbərin doğruluğunu rəsmi olaraq təsdiqləmiş oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31