Radikal siyasi düşərgənin mübarizəsi yalnız icazəli mitinq və klaviatura arxasında bloggerlik etməkdir
21 Sentyabr 2018 14:51 SiyasətMəhəmməd Əsədullazadə: "27 il bundan əvvəl aparılan mübarizə metodu yenilənməlidir"
Azərbaycan müxalifəti uzun illərdir ki, uğursuzluq sindromundan çıxa bilmir. 20 ildən artıq davam edən bu sindrom artıq müxalifət partiyası liderlərinın də siyasi passivliyi ilə nəticələnib. Vəziyyət elə bir həddə çatıb ki, hakimiyyətə gəlməyi qarşısına bir nömrəli məqsəd qoyan Azərbaycan müxalifəti hakimiyyətə gəlməyin əsas yolu olan seçkilərdə iştirakdan belə imtina edirlər. Son illər ərzində keçirilən parlament və president seçkilərində bunun bir daha əyani şahidi olduq. Hazırda da Azərbaycan müxalifətində eyni tendensiyanı müşahidə edirik. Burada bir dəqiqləşdirmək aparmaq istərdim ki, müxalifət düşərgəsindəki passivlik daha çox radikal siyasi qüvvələr arasında hiss edilir. Cari ilin aprel ayında ölkədə baş tutan president seçkilərində iştirak etməyən radikal siyasi düşərgə hazırda da sanki qış yuxusuna hazırlaşırmış kimi heç bir siyasi aktivlik nümayiş etdirmir. Bu düşərgə öz fəaliyyətini yalnız sosial şəbəkədə saxta profillər yaradıb həmin profillər vasitəsilə hakimiyyətin ünvanına sərt və əsassız ittihamlar səsləndirmək üzərində qurub. Eyni zamanda Azərbaycan dövləti və dövlətçiliyinə qarşı mübarizə aparmaq. Hazırda da siyasi cameədə ciddi səssizlik hökm sürür. Baxmayaraq ki, siyasi partiyanın başlıca vəzifəsi bir seçki bitən kimi dərhal qarşıdan gələn növbəti seçkiyə hazırlaşmaq olmalıdır, ancaq Azərbaycanın müxalifətinin radikal qanadı deyəsən bu prinsipi tamamilə unudub.
Siyasi mübarizəyə qoşulmamalarının başlıca səbəbini onlara şəraitin yaradılmaması, cəmiyyətdə görüşlərə imkan verilməməsi kimi absurd yanaşmalarla əsaslandırmağa çalışan radikallar, ancaq nədənsə xaricdən bəlli dairələrin ayırdığı çirkli pullar hesabına mitinq keçirmələrinə diqqət çəkmirlər. Və sifariş əsasında keçirdikləri mitinqlərin də elə cəmiyyətlə təmasda olmağın bir yolu olduğunu dərk etmirlər. Halbuki radikalların heç bir sosial sifariş olmayan aksiyaları elə cəmiyyətlə yaxından təmasda olmaq, öz fikirlərini kütlə ilə bölüşmək baxımından əhəmiyyətlidir.
Elə konstruktiv müstəvidə fəaliyyət göstərən müxalifət partiyaları da bu qənaətdədirlər. Eyni zamanda adıçəkilən siyasi qüvvələr tərəfindən o da açıq şəkildə etiraf olunur ki, radikalların iddialarının əksinə olaraq hakimiyyət siyasi qüvvələrin xalqla, kütlə ilə yaxından təmasda olmasına heç bir əngəl yaratmır. Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, partiya sədri Razi Nurullayevin son günlər bölgələrdə keçirdiyi bir neçə görüş həmin qənaətin formalaşmasına imkan verir. Məhəmməd Əsədullazadə qeyd edib ki, 2018-ci ilin 11 aprel tarixində Azərbaycanda baş tutan prezident seçkilərindən sonra, siyasi müxalifət olaraq yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyası aktiv siyasətin mərkəzində oldu. AXCP rəsmisinin sözlərinə görə, ənənəvi müxalifətin sükut siyasəti, mövsümü xarakter almış mitinqləri heç bir siyasi dvident gətirməyərək, bu gündə öz mövcudluqlarını virtual olaraq aparırılar: "Yaxın üç ay ərzində ölkədə maraqlı hadisələrin yaşanması, iqtisadi və sosial sahədə baş verənlər istər-istəməz social duruma da mənfi təsir edib. Bununla bərabər neftin qiyməti 81 dollara yüksələrək Azərvbaycana milyardlarla dolların daxil olmasına səbəb oldu. Bununla bağlı ənənəvi müxalifətin və digər özünü yenilikçi hesab edən REAL -ın heç bir səsisni eşitmədik". Məhəmməd Əsədullazadə deyib ki, REAL sədri İlqar Məmmədov yalnız insan hüquqularını qabartmaq, öz həbsini reklam etməklə məşğuldur: "Halbuki, özünü siyasi yenilkçi elan edən İlqar Məmmədov öz etirazını açıq çəkildə bildirməli idi. Yenə də AXCP sədri, prezidentliyə sabiq namizəd Razi Nurullayev öz tezisləri ilə çıxış etdi. Amma, digər siyasi müxalifəti təmsil edən partiyalardan bir etiraz eşidilmədi".
AXCP rəsmisi deyib ki, Razi Nurullayev təkcə bununla kifayətlənməyib əyalətlərdə problemlərlə daha da yaxından tanış olmaq üçün region səfərlərinə çıxdı. dağ rayonu olan Oğuza gedərək vətəndaşların problemləri ilə yaxından tanış oldu: "Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkə siyasətində müxalifətin mərkəzi olaraq siyasi-ictimai sferada öz mövqeyini ortaya konkret qoyur. Daima birlik çağırışında olan partiyanın əsas amalı ölkədə siyasi dəyişiliklərə nail olmaqdır. Partiya sədri Razi Nurullayevin regionlara səfər etmək, əhali ilə təmaslar qurmaq, onların problemləri ilə maraqlanmaqla xalqla müxalifət arasında yaranan 20 illik baryeri yara bildi. Siyasi müxalifətin lideri olaraq, bu streotipi qırdı. Halbuki digər siyasi müxalifət partiyalarıın sədrləri yalnız öz kabinetlərində klaviatura arxasında bloggerlik etməklə məşğuldur. Həmin ənəvi müxalifət partiyalarının sədrləri Razi Nurullayevdən nümunə götürüb xalqın içinə çıxmalıdırlar. Daima qeyd edirlər ki, hakimiyyət bizə imkan vermir. Nə vaxt siz getdiniz hakimiyyət sizə icazə vermədi?! Gedin, qoy hakmiyyət də sizə icazə verməsin. Necə ki, Razi Nurullayevin Oğuzda vətəndaşlarla görüşdü, öz misisyasını axıra kimi davam etdirdi". AXCP-nin sədr müavini deyib ki, radikal siyasi düşərgənin mübarizəsi yalnız icazəli mitinq və klaviatura arxasında bloggerlik etməkdir: "Dünayada və regionda şərtlər dəyişib. 27 il bundan əvvəl aparılan mübarizə metodu yenilənməlidir".
Məhəmməd