Mərakeş İspaniyadan miqrant uşaqların geri qaytarılmasını tələb edəcək- ÖZƏL
17:02 DünyaOlaylar.az xəbər verir ki, Mərakeş İspaniyadan Seuta şəhərinə qanunsuz keçən mərakeşli yetkinlik yaşına çatmayan miqrantların geri qaytarılmasını tələb etməyə hazırlaşır.
Mərakeşin ədliyyə naziri Əbdülətif Vəhbi bildirib ki, Rabat uşaqların geri qaytarılması üçün həm hüquqi, həm də siyasi vasitələrdən istifadə edəcək.
Nazirin sözlərinə görə, İspaniya tərəfi Mərakeşli uşaqların ailələrindən və vətənlərindən ayrılmasına görə məsuliyyət daşıyır. Rabat İspaniyada, o cümlədən Seutada olan bütün mərakeşli uşaqların və yetkinlik yaşına çatmayanların ölkəyə qaytarılmasını tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31