Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycanın regiondakı liderliyi güclənir- ÖZƏL
18:05 Siyasət8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasını qoydu. Bu addım 2020-ci il Zəfərinin diplomatik müstəvidə davamı olmaqla yanaşı, Azərbaycanın regionda yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun göstəricisi kimi qiymətləndirilir. Görüşdən bir il sonra əsas diqqət əldə olunan razılaşmaların regionun gələcəyinə və Azərbaycanın lider mövqeyinə təsirinə yönəlir.
Vaşinqtonda əldə olunan razılaşmalardan bir il sonra Cənubi Qafqazın siyasi mənzərəsində hansı əsas dəyişiklikləri müşahidə edirsiniz? Bu proses Azərbaycanın regiondakı lider mövqeyini necə gücləndirib?
Vaşinqton prosesi Azərbaycan-Ermənistan münasibətlərində sülhün möhkəmlənməsinə və regionda kommunikasiyaların açılmasına nə dərəcədə təsir edib?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmadan sonra Cənubi Qafqazın siyasi mənzəsərəsində öncə sülh və sabitlik meydana çıxdı ki, bu da şübhəsiz ki, Azərbaycanın təməlini qoyduğu prinsiplər əsasında idi. Hər iki ölkə arasında artıq silahlı qarşıdurma, savaş mühiti aradan qalxdı. Yeni iqtisadi, siyasi, diplomatik, ticari, kommunikasiya istiqamətində qarşıda yeni üfüqlər və imkanlar meydana çıxdı. Bununla yanaşı Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli, regional inkişafa aparan məsələlərin həllinin təməli qoyuldu. Rusiya təsirlərinin neytrallaşması labüdləşdi. Gedən proseslər regionda Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirdi. Vaşinqton prosesi Azərbaycan - Ermənistan münasibətlərində sülh prosesinin möhkəmləndirilməsi ilə yanaşı həm də regionda kommunikasiyaların açılmasına vəsilə oldu. ABŞ-ın bu məsələlərə dəstək verməsi, iştirakı kənar müdaxilələrin və təsirlərin qarşısının alınmasında müəyyən mənada təsirli oldu. Ümumiyyətlə 8 avqust, 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş həm Cənubi Qafqaz, həm də bu ölkələrin özü üçün mühüm iqtisadi, siyasi, ticari münasibətlərin təməlini qoydu, regional təhlükəsizliyə töhfə verdi və yeni siyasi mərhələnin əsasını qoymuş oldu".
Zeynəb Mustafazadə