Pakistan nüvə təhlükəsizliyi məsələlərində süni intellektdən imtina etməyə çağırır-ÖZƏL

Pakistan nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarında süni intellektin (Sİ) istifadəsinə qarşı xəbərdarlıq edib.
Pakistanın BMT-dəki daimi nümayəndəsi Seyid Harder Şah dünya qurumunun Təhlükəsizlik Şurasında keçirilən debat zamanı bildirib ki, "Nüvə silahlarının istifadəsi ilə bağlı qərarlar insan nəzarəti altında qalmalı və süni intellekt sistemləri heç bir halda nüvə komandanlığı, nəzarəti və rabitə obyektlərini hədəf almaq üçün istifadə edilməməlidir".
Yeni texnologiyaların sürətli inkişafı beynəlxalq təhlükəsizlik çağırışlarına misli görünməmiş sürət, miqyas və mürəkkəblik qatır və silahlanma yarışını sürətləndirə bilər. Olaylar.az xəbər verir ki,  Daimi Nümayəndə qeyd edib ki, texnologiyanın dizaynı, inkişafı və inteqrasiyasının bütün mərhələlərində insan nəzarətinin qorunması ən vacib prioritet olmalıdır. Şah deyib: "Bu, texnoloji irəliləyişlərin geosiyasi dominantlıq və müharibə alətlərinə çevrilməkdənsə, sülhə xidmət etməsini təmin etməlidir. Xüsusilə nüvə sahəsində riskləri azaltmaq üçün etimad yaradan tədbirlər hazırlanmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00