Gündəm

İlham Əliyevə minnətdaram ki, Nəsimini... - Səfir

31 Yanvar 2019 22:02

Bu mənim Sumqayıta ilk səfərimdir. Sumqayıt Azərbaycanın böyük sənaye şəhəridir. Burada sənaye kompleksləri, böyük şirkətlər var. Sumqayıt Kimya Sənaye Parkı çox müasirdir. Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərtac-a açıqlamasında deyib.

Bakı Zooparkı fəaliyyətini DAYANDIRIR

31 Yanvar 2019 22:01

Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Bunu  Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır:

KİVDF Novruz müsabiqəsi elan etdi

31 Yanvar 2019 18:03

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin

Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Parlamentinə etiraz edir

31 Yanvar 2019 17:31

Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkədə vətəndaş cəmiyyətinin kəskin etirazına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, yüzlərlə QHT bəyanat vermiş, mətbuatda çıxış etmiş, Avropa Parlamentinə və ayrı-ayrı-ayrı deputatlara məktublar ünvanlamışlar. 700-dən çox təşkilatın birləşdiyi Milli QHT Forumunun və həmin koalisiyada olmayan onlarla QHT-nin bəyanatlarında Avropa Parlamenti tərəfindən Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə düzgün qiymət verilmədiyi, hadisələrə ikili standartlar və anti-Azərbaycan dairələrin mövqeyindən yanaşıldığı bildirilmişdir. Ermənistanın keçmiş və indiki hakimiyyəti dövründə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasına, hələ də həbsxanalarda siyasi məhbusların saxlanılmasına, onlardan bəzilərinin aclıq aksiyası keçirərək vəfat etməsinə, dinc nümayişlərin gülləbaran edilməsinə, siyasi qətlllər törədilməsinə və s. hallara qarşı Avropa Parlamentinin indiyədək heç bir münasibət bildirməməsi xüsusi qeyd olunmuş, bunların haqlı olaraq həmin qurumun obyektivliyinə inamsızlıq doğurduğu diqqətə çatdırılmışdır.

"Haynews.am" saytının rəhbəri olan şəxsi Avropa Parlamenti, AŞPA, ATƏT “görmür”?

31 Yanvar 2019 16:39

Təmiz dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban ZEYNALOVA bəyanat yayıb!

Azərbaycan məqsədyönlü siyasət yürüdən bir dövlətdir

31 Yanvar 2019 16:35

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların, xüsusilə onların aztəminatlı hissəsinin sosial rifah halının

Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallıq nəticə verəcəkmi?

31 Yanvar 2019 16:32

Dağlıq Qarabağ probleminin həlli istiqamətində deyəsən maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Birləşmiş Ştatlar, digər tərəfdən isə Rusiya Federasiyasının problemin həlli istiqamətində müəyyən fəallığı müşahidə edilməkdədir. Hər halda Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana ardınca isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlhama Əliyevə zəng etməsi və telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsinin aparılması deyilənləri təsdiqləyir. Hər nə qədər Ermənistanın baş naziri Nikol Paşinyan Con Boltonla telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı heç bir fikir mübadiləsinin aparılmadığını iddia etsə də, lakin Paşinyanın bu açıqlamasında səmimi olmadığı hər kəsə bəllidir. Çünki Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bundan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə telefon danışığı zamanı məhz Dağlıq Qarabağ probleminə də diqqət çəkib.

Ermənistanda gedən proseslər Avropa tərəfindən düzgün qiyətləndirilmir

31 Yanvar 2019 16:28

Təəssüflər olsun ki, dünya dəyişsə, cəmiyyət, insanlar, təfəkkür inkişaf etsə də lakin bəzi mərəzlər, mənfi keyfiyyətlər heç bir halda dəyişmir. Əksinə həmin mənfiliklər özünü zaman keçdikcə daha qabarıq şəkildə göstərir, büruzə verir. Necə ki. ikili standartlar kimi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir dünyamızda ən çox bu münasibətə tuş gələn, belə bir yanaşma ilə üzləşən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır.