Azərbaycan məqsədyönlü siyasət yürüdən bir dövlətdir

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların, xüsusilə onların aztəminatlı hissəsinin sosial rifah halının

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların, xüsusilə onların aztəminatlı hissəsinin sosial rifah halının yaxşılaşdırılması hər zaman dpvlətin prioritet istiqamətlərindən olub. Zaman-zaman bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər və qəbul edilən Dövlət Proqramları. Imzalanan fərman və sərəncamların timsalında bunu əyani şəkildə görmüşük. Sevindiric hal ondan ibarətdir ki, bu proses davamlı xarakter alır və mütəmadi olaraq qeyd etdiyimiz təbəqədən olan insanların sosial rofah halının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Millət vəkili Pərvin Kərimzadə deyir ki, müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir. Onun sözlərinə görə, prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. O, bildirib ki, ölkənin davamlı olaraq iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir: "Bu baxımdan, şəhid ailələri və müharibə veteranlarına davamlı dövlət qayğısının göstərilməsi də mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də şəhid ailələri ilə görüşündə bunun bir daha şahidi olduq". Millət vəkili qeyd edib ki, görüşdə dövlət başçısının "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim" sözləri milli maraqlara söykənən dinamik və praqmatik siyasətin mərkəzində insan amilinin dayanmasının daha bir təsdiqidir: "2018-ci ilin aprel ayında yenidən xalqın etimadını qazanan Azərbaycan Prezidentinin ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bu Fərmanla 6654 mənzil və 6144 avtomobil şəhid ailələrinin ixtiyarına verilib. 2019-cu ildə isə şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu da həmin kateqoriyadan olan 800 ailənin üzvlərinə sevinc bəxş edilməsi, sosial şəraitlərinin yaxşılaşdırılması deməkdir. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri ilə görüşdə Prezident deyib: "Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik". Bu fikirlər ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etməsindən xəbər verir. Hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artır".

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşü böyük siyasi əhəmiyyət kəsb edir. Onun sözlərinə gör, görüş göstərdi ki, cənab Prezident xüsusi və həssas kateqoriyadan olan insanlara çox böyük diqqət və qayğı ilə yanaşır: "Dövlət başçısı yeni Fərman imzalamaqla  bütün şəhid ailələri 11 min manat birdəfəlik ödəmə alacaqlar. Görüş zamanı dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib". Millət vəkilinin sözlərinə görə, cənab Prezidentin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın münaqişənin həlli ilə bağlı üstünlük əldə etdiyini bird aha göstərir: "Heç bir dünya dövləti, beynəlxalq təşkilat qondarma rejimi tanımayıb. Yəni bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Qondarma rejimdə keçirilən "referendumu" heç bir dövlət tanımadı. Bu da diplomatik üstünlüyümüzü göstərir. Yəni beynəlxalq birlik Azərbaycanın mövqeyini müdafiə edir. Ermənistan işğalçı siyasətə son qoyana qədər Azərbaycan təzyiq siyasətindən istifadə edəcək. Dövlət başçısının çıxışı həm də Ermənistan rəhbərliyinə, ATƏT-in Minsk Qrupuna, beynəlxalq ictimaiyyətə bir mesaj idi ki, nəticə çıxarsınlar, Azərbaycanın sülhvərpər siyasətini düzgün qiymətləndirsinlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31