Esmira Cəfərova Macarıstana səfir təyin edilib

Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Olaylar xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Fəlsəfə doktoru Esmira Cəfərova daha öncə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31