Gündəm

Elnarə Natavana söz atdı:  "3 gəlinlik geyinən..."

1 Fevral 2019 10:26

Müğənni Elnarə Xəlilovanın 101 FM-də yayımlanan "Konfet" verilişinin növbəti qonağı modelyer Elnarə Bəkirova olub.  Sənətçi proqram zamanı Natavan Həbibiyə söz atıb. O, modelyerə "Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız" sualını ünvanlayıb. 

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanıldı

1 Fevral 2019 10:25

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb. Olaylar.az bildirir ki, müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Türkiyədə ağır yol qəzası- ölən və yaralananlar var

31 Yanvar 2019 22:58

Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.  Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub. Bildirilir ki, hadisə nəticəsində çox sayda ölən və yaralanan var.

Makiyajsız görüntülənən aktrisa qaçdı - Foto

31 Yanvar 2019 22:56

Yeni ailə quran aktrisa Burcu Kıratlı və həyat yoldaşı Sinan Akçıl ötən gün kameraların hədəfinə tuş gəlib. Onlar alış-veriş mərkəzlərindən birində görüntülənib. 

Martda futbolun gələcəyi HƏLL OLUNACAQ

31 Yanvar 2019 22:53

FIFA-nın martın 14-15-də keçiriləcək iclası futbolun gələcəyi üçün yeni üfüqlər açacaq. Mayamidə keçiriləcək iclasda dünya futbolu, eləcə də klublar və milli komandalar səviyyəsində beynəlxalq turnirlərin təşkili ilə bağlı mühüm məsələlər müzakirə olunacaq.

Rusiyanın Xalq artisti Opera və Balet Teatrına dəvət edilib

31 Yanvar 2019 22:51

Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyası vokal kafedrasının professoru Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuşdur. Olaylar.az bildirir ki, fevralın 5-dən 15-dək olan müddətdə o Teatrın solistləri ilə ustad dərsləri keçirəcəkdir.

Jurnalistlərə “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil ediləcək

31 Yanvar 2019 22:46

Maliyyə Bazarlarına Nəzarət Palatası “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birgə fevralın 12-də kütləvi informasiya vasitələri nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirəcək. Palatadan bildirilib ki, təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, “nağdsız ödəniş” təcrübəsi, habelə “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcək.

Berkay açıqlaması ilə gərginliyə son qoydu

31 Yanvar 2019 22:37

Müğənni Berkay ötən gün aylıq gəlirini açıqlayıb. İfaçının qazancını açıqlamasına səbəb vəkilinin onun haqda dediyi sözlər olub. Ardınca Berkay sosial media hesabında bunları yazıb:

Bu ölkədə hökumət uzun fasilədən sonra formalaşdırıldı

31 Yanvar 2019 22:34

Livanda yeni hökumət qurulub. Bu barədə Livan Prezident Administrasiyası məlumat yayıb.

Bakıda YANĞIN

31 Yanvar 2019 22:27

Bakının Xəzər rayonunda ikimərtəbəli ev yanıb. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Gənclər günü münasibətilə tələbələr mükafatlandırılıb

31 Yanvar 2019 22:25

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib. Olaylar.az bidirir ki, BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

JTI şirkəti Azərbaycanda on birinci su təchizatı layihəsi həyata keçirdi

31 Yanvar 2019 22:21

"Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Olaylar.az bildirir ki, sayca 11-ci olan layihə Samux rayonunun Sərkar kəndində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Samux Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib.

İvana hicab bağladı - Foto

31 Yanvar 2019 22:10

Modelyer İvana Sert hicab bağlayıb. O, bunu gəlinlik markalarından birinin tanıtımı üçün edib. 

Muğam Mərkəzində "Dəyirmi masa"

31 Yanvar 2019 22:07

Beynəlxalq Muğam Mərkəzinin " Dəyirmi Masa " layihəsinin çərcivəsində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” adlı elmi-seminar keçirilib . Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) AMEA-nın Folklor İnstitutu ilə birgə “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi-seminar keçirilib.  Tədbiri AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin  müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə  Rəhimbəyli açaraq Azərbaycan foklorunun ən qədim janrılarından olan bayatıların minillik tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəri olduğunu bildirib.