“Milli Şura" növbəti dəfə biabır oldu

Azərbaycan müxalifətinin radikal qanadı bir daha özünü biabırçı, rəzil duruma saldı. 25 ildən artıq müddətdə seyrələ-seyrələ, cəmiyyətdən uzaqlaşa-uzaqlaşa gələn radikal düşərgə yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin büstü önünə topladığı məhdud sayda tərəfdarları ilə elektorat sarıdan kasıb olduğunu, xalq tərəfindən heç bir dəstək görmədiyini təsdiqləmiş oldu. Baxmayaraq ki, radikal düşərgənin əsas qanadı sayılan "Milli Şura" adlanan qurum hələ yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq zamanı bəyan etmişdi ki, yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin büstü geniş xalq kütlələrinin iştirakı ilə ziyarət olunacaq. Baxmayaraq ki, 19 yanvar mitinqindən sonra "Milli Şura"ya daxil olan partiya liderləri və onların yaxın ətrafı sosial şəbəkələrdə müntəzəm olaraq 31 yanvar ziyarəti ilə bağlı çağırış edir, izdihamlı bir toplantının olacağını iddia edirdilər. Ancaq ortada olan mənzərə və mövcud reallıq radikalların istək və arzuları ilə tərs mütanasib oldu və radikallar öndər hesab etdikləri Məmməd Əminin Rəsulzadənin ruhunu cəmi 200 nəfərlə yad etdilər. Jurnalistlərin müşahidəsinə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Milli Şura" rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan "möhtəşəm partiya" sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar.

Əslində "Milli Şura"nın 31 yanvar tədbirinin də sönkü keçəcəyi və cəmiyyətin radikallarla birlikdə Məmməd Əmin Rəsulzadəni yad etməyəcəkləri əvvəlcədən məlum idi.  Çünki ən azı "Milli Şura"nın uğursuz 19 yanvar mitinqi belə deməyə əsas verirdi.  Məlum olduğu kimi yanvarın 19-da "Məhsul" stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirdi.

19 yanvar uğursuzluğunu ört-basdır etmək etmək üçün "Milli Şura" rəhbərliyi yanvarın 20-də, ümumxalq hüzn günü ictimai asayişi pozmağa, kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət etməyə cəhd göstərsə də, lakin hüquq-mühafizə orqanları təmkinli şəkildə radikalların təxribat törətmək cəhdlərinin qarşısını aldı. Hər bir ölkə vətəndaşı kimi fərdi qaydada deyil, kütləvi şəkildə şəhidıəri ziyarət etmək iddiasına düşən Əli Kərimli və onun ətrafının əslində başlıca məqsədinin gərginlik yaratmaq olduğu hər kəsə bəlli idi və sevindiric haldır ki, radikalların bu cəhdi alınmadı. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, Əli Kərimli həmin təxibatçı hərəkəti zamanı iddia edirdi ki, polis onun xalq kütlələri ilə Şəhidlər Xiyabanını ziyarət etməsinə imkan vermədiyi üçün, əraziya məhdud sayda elektoratla gəlib. Ancaq son 31 yanvar tədbiri bir daha sübut etdi ki, Əli Kərimli və onun yaxın ətrafının elektoratı elə məhz məhdud sayda insanlardan ibarətdir. Əks təqdirdə Məmməd Əmin Rəsulzadənin büstünü ziyarət zamanı radikalların liderini on minlərlə adam müşayət edərdi. Burada da bəhanə yeri yox idi ki, polis insanların Məmməd Əmini yad etməsinə əngəl yaradır. Bir daha qeyd etmək lazımdır ki, ağzı dolusu "xalqın dəstəyi" barədə danışan "liderciklər" bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər.

Bütün bunlar bir daha sübut edir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.

Sonda bir məqama da diqqət etmək lazımdır. Belə ki, Əli Kərimli və onun ətrafı 19 yanvar uğursuzluğunu ört-basdır etmək və Avropadakı ağalarından aldığı maliyyə dəstəyinin hesabının sorulmaması üçün belə bir iddia ortaya atıb ki, guya "Məhsul" stadionunda keçirilən aksiya hakimiyyəti ciddi narahat edib. Radikallar onu da iddia ediblər ki, aparılan struktur islahatları nəticəsində

fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və birinci vitse-prezidentin tapşırıqları  məhz onların keçirdiyi mitinqin nəticəsindədir. Amma bu bir reallıqdır ki, hakimiyyətin cəmi 2000 min nəfər elektoratı olan müxalifətdən qorxan, çəkinən yeri yoxdur. Radikalların özlərinin güclü sosial bazaya və təsiredici qüvvəyə malik olması barədə söylədikləri isə sabun köpüyündən başqa bir şey deyil.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31