Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallıq nəticə verəcəkmi?
Dağlıq Qarabağ probleminin həlli istiqamətində deyəsən maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Birləşmiş Ştatlar, digər tərəfdən isə Rusiya Federasiyasının problemin həlli istiqamətində müəyyən fəallığı müşahidə edilməkdədir. Hər halda Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana ardınca isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlhama Əliyevə zəng etməsi və telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsinin aparılması deyilənləri təsdiqləyir. Hər nə qədər Ermənistanın baş naziri Nikol Paşinyan Con Boltonla telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı heç bir fikir mübadiləsinin aparılmadığını iddia etsə də, lakin Paşinyanın bu açıqlamasında səmimi olmadığı hər kəsə bəllidir. Çünki Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bundan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə telefon danışığı zamanı məhz Dağlıq Qarabağ probleminə də diqqət çəkib.
31 Yanvar 2019 16:32 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində deyəsən maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Birləşmiş Ştatlar, digər tərəfdən isə Rusiya Federasiyasının problemin həlli istiqamətində müəyyən fəallığı müşahidə edilməkdədir. Hər halda Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana ardınca isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlhama Əliyevə zəng etməsi və telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsinin aparılması deyilənləri təsdiqləyir. Hər nə qədər Ermənistanın baş naziri Nikol Paşinyan Con Boltonla telefon danışığı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı heç bir fikir mübadiləsinin aparılmadığını iddia etsə də, lakin Paşinyanın bu açıqlamasında səmimi olmadığı hər kəsə bəllidir. Çünki Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bundan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə telefon danışığı zamanı məhz Dağlıq Qarabağ probleminə də diqqət çəkib.
Qeyd etdiyimiz kimi Rusiya Federasiyası tərəfindən də Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq nümayiş etdirilir. Hazırkı situasiyada Kremlin sözügedən məsələyə müdaxiləsi isə daha çox Ermənistana təzyiq fonunda özünü göstərir. Elə Con Boltoinun Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı ərəfəsində Rusiyanın xarici işlər nazirinin müavini Qriqoriy Karasinin Ermənistana səfəri barədə yayılan xəbərlər də belə deməyə əsas verir. Adəti üzrə Kreml rəhbəri hansısa incik düşdüyü və etiraz bildirdiyi məsələləri məhz Karasinin vasitəsilə bu və ya digər tərəfə çatdırır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefonda danışdığı saatlarda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin İrəvana səfər edib və Ermənistanın xarici işlər naziri ilə görüş keçirib. Politoloqun sözlərinə görə, bu kifayətqədər maraqlı kombinasıyadır: "Karasin Rusiyanın məşhur diplomatı Aleksandr Qriboyedovun ölümünün 190 illiyi ilə bağlı İrəvanda büstünün açılması mərasiminə qatılmışdı. Fürsətdən istifadə edən Karasin Qarabağla bağlı da maraqlı açıqlamalar verib. Birincisi, Karasin deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə rəsmi görüşləri dəstəkləyir. Ancaq önəmli əlavəsini də unutmayıb: "Görüşlər yaxşı təşkil olunmalıdır ki, nəticə olsun və bizi irəli aparsın". Yəqin demək istəyib ki, Rusiyadan fərqli olaraq digər dövlətlərin təşkil etdiyi görüşlərdə nəticə olmur. Halbuki, illərdir münaqişənin həlli prosesi ilə daha çox Moskva məşğul olur və görüşlərin çoxu Rusiya ərazisində keçirilir. Bəs belə isə məsələyə Karasinin məntiqi ilə yanaşsaq Rusiyadakı görüşlərdə niyə nəticə yoxdur?
İkincisi, Karasin deyib ki, Moskva atəşkəsə riayət olunmasından məmnundur: "Elə etmək lazımdır ki, güc ssenariləri istisna olunsun". Karasinin kimin ünvanına daş atdığı bəllidir. Güc ssenarisi haqqında ancaq bir tərəf - Azərbaycan danışır, haqqımızdır, çünki işğalçı status-kvonu davam etdirir.
Üçüncüsü, erməni jurnalistlərdən birinin "bu il münaqişənin həllində irəriləyiş ola bilərmi" sualına Karasin belə cavab verib: "Danışıqları sakit şəraitdə davam etdirmək lazımdır". Yəni Karasin demək istəyib ki, hadisələri qabaqlamaq lazım deyil.
Beləliklə, rusiyalı yüksək rütbəli diplomat Qriroqiy Karasin İrəvanda nə deyibsə hamısı işğalçının xeyrinədir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib ki, sülh əvəzinə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq".
Göründüyü kimi, 2019-cu ilin ilk günlərindən fəallaşan Dağlıq Qarabağ danışıqları hələlik müsbət nəticə verməsə də, ümumilikdə diplomatik səylərin artırılması müsbət qarşılanır. Eyni zamanda hər zaman olduğu kimi belə bir mənfi tendensiya da müşahidə edilir ki, vasitəçi dövlətlər Dağlıq Qarabağ danışıqlarının yalnız öz istəkləri və nəzarətləri altında keçirilməsinə çalışırlar. Daha çox isı bu məsələdə Birləşmiş Ştatlar və Rusiya maraqlı görünür.
Füzuli