Ermənistanda gedən proseslər Avropa tərəfindən düzgün qiyətləndirilmir

Təəssüflər olsun ki, dünya dəyişsə, cəmiyyət, insanlar, təfəkkür inkişaf etsə də lakin bəzi mərəzlər, mənfi keyfiyyətlər heç bir halda dəyişmir. Əksinə həmin mənfiliklər özünü zaman keçdikcə daha qabarıq şəkildə göstərir, büruzə verir. Necə ki. ikili standartlar kimi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir dünyamızda ən çox bu münasibətə tuş gələn, belə bir yanaşma ilə üzləşən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır.

Təəssüflər olsun ki, dünya dəyişsə, cəmiyyət, insanlar, təfəkkür inkişaf etsə də lakin bəzi mərəzlər, mənfi keyfiyyətlər heç bir halda dəyişmir. Əksinə həmin mənfiliklər özünü zaman keçdikcə daha qabarıq şəkildə göstərir, büruzə verir. Necə ki. ikili standartlar kimi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir dünyamızda ən çox bu münasibətə tuş gələn, belə bir yanaşma ilə üzləşən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycandır. İstər Dağlıq Qarabağ problemi, istər ölkədə həyata keçirilən və müxtəlif sahələri əhatə edən islahatlara olan münasibət, istərsə də hər hansı bir siyasi hadisələrə yanaşmada hər zaman bu mənfi tendensiyanı müşahidə etmişik. Özü də bu cür yanaşma, münasibət dünyaya demokratiya, insan hüquq və azadlıqlarının aliliyi dərsini keçmək istəyənlər tərəfindən ortaya qoyulub. Necə ki, bir müddət əvvəl, daha dəqiq desək bu ilin əvvəlində blogger Mehman Hüseynovla bağlı süni şəkildə yaradılan ajotajın timsalında bunu bir daha gördük. Mehman Hüseynovun həbsxanada aclıq etməsi ilə bağlı yayılan xəbərlərin əslinə, dəqiqliyinə nəzər yetirmədən, onu araşdırıb dəqiqləşdirmədən Avropada erməni lobbisinin maraqlarına xidmət edən bəzi siyasi təsisatlar dərhal rəsmi Bakıya qarşı hərəkətə keçdilər və nəticə etibarilə Azərbaycan əleyhinə Avropa Parlamentində qətnamə qəbul edildi. Təbii ki, Azərbaycana qarşı qəbul edilən məlum qətnamənin kifayət qədər qərəzli və həqiqəti əks etdirmədiyi həmin kağız parçasını hazırlayan və ona səs verənlərə də bəlli idi. Lakin erməni lobbisinin maliyyəsi onlara əsl həqiqəti deməyə mane olurdu.

Mehman Hüseynov olayından bir neçə gün sonra isə Ermənistandakı həbsxalanalardan birində siyasi məhbus, eyni zamanda jurnalist olan birisinin aclıq aksiyasından sonra həlak olması isə nədənsə Avropa Parlamentinin vecinə belə olmadı. Və Avropanın "ədalət carçıları" Ermənistanda baş verən ölüm hadisəsinə münasibət belə bildirməyə lüzum görmədilər ki, bu da ikili standartlar, yanaşmanın ən bariz nümunəsi idi. Elə millət vəkili Sevinc Fətəliyeva da bu qənaətdədir. Onun sözlərinə görə, biz illər boyu müşahidə etmişik ki, Ermənistanda gedən proseslər Avropa tərəfindən düzgün qiyətləndirilmir: "Lakin Azərbyacana gəldikdə isə burada baş verən hadisələri daim izləyirlər və ölkmizdəki hər hansı bir qanun pozuntusu törətmiş birinini siyasi məhbus statusu verməyə tələsirlər. Ermənistanda baş verən proseslər və məhbus jurnalistin ölməsi Azərbaycanda baş versəydi bunu dərhal Avropa təşkilatları əllərində bayraq tutaraq, qətnamələr, qərarlar səsləndirərdilər və Azərbaycana qarşı təzyiq mexanimini işə salardılar. Sual olunur nəyə görə münasibət fərqlidir?! Ona görə ki, ikili standartlar beynəlxalq əlaqələrdə, beynəlxalq müstəvidə höküm sürür və ikilistandartların arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Eyni zamanda, hər kəsə bəllidr ki,  Avropanın bəzi  siyasətçiləri bu gün erməni lobbisinin maraqlarını ifadə edir, onların siyasətlərini yürüdür, bu baxımdan da vaxtaşırı olaraq, ölkəmizə qarşı kampaniya həyata keçirilir". Millət vəkilinin qənaətincə, digər səbəb isə ondan ibarətdir ki, Ermənistanda baş verən həm siyasi, həm də iqtisadi vəziyyətin ağırlığı , zəif bir dövlətin asanlıqla manipulyasiya olunması faktı və orada baş verən məsələlər o qədərdə Avropanı maraqlandırmır: "Azərbaycanda isə əksinə, bu gün ölkənin nüfuzu, beynəlxalq aləmdə söz sahibi olması, gücülü liderin rəhbərliyi ilə müstəqil, xalqın mənafeyini ifadə edən siyasət həyata keçirməsi və qazandığı uğurlar hər kəsi ölkəmizdə baş verən prosseslərə cəlb edir və Avropa tərəfindən diqqətlə izlənilir. Çünki, ölkədə höküm sürən sabitlik, xalq -iqtidar həmrəyliyi, həyata keçirilən iqtisadi lahiyələr günü-gündən ölkənin nufuzunun artmasına gətirib çıxarır. Eyni zamanda, bunların əsasında güclü lider faktoru dayanır . Bu baxımdan bəzi dairələr ölkəmizdə baş verən kiçik bir hadisəni siyasiləşdirməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan öz düzgün və müstəqil siyasətini həyata keçirməklə, gerçəklikdən uzaq olan məsələlərlə məşğul olan qüvvələrin niyyətini ürəyində qoyur və inamla öz inkişaf yolu ilə addımlayır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31