Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib

Bu gün Ermənistanda hökumət binasının qarşısında yükdaşıma şirkətinin nümayəndələri etiraz aksiyası keçiriblər.

Onlar maliyyə naziri Atom Cancuqazyanla görüş tələb ediblər.

Aksiya iştirakçıları 2018-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsini müzakirə etmək istədiklərini bildiriblər: "Biz vergi ödəməkdən boyun qaçırmırıq. Ancaq bizə qanun hazırlayan adamlar lazımdır. Əgər belə davam edərsə, yükdaşıma şirkəti bağlanacaq. 5 minə yaxın insan işsiz qalacaq. Onlar ölkəni tərk etməyə məcbur olacaqlar".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31