Gündəm
Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul etdi
“Mənim Universitetim - 100 il” layihəsi orta məktəblərdə təqdim olundu
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162 saylı orta məktəblərdə təşkil olunub. Adıçəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar.
Muğam Mərkəzində Azərbaycan tarının dünəni, bu günü və sabahı müzakirə edildi
Beynəlxalq Muğam Mərkəzində Mərkəzin “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda tar sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.
BDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu - 100 illiyi münasibətilə
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Olaylar.az bildirir ki, yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.
“Musiqi festivalı” layihəsi çərçivəsində Filarmoniyada konsert
Martın 5-də “Musiqi festivalı” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olunacaq. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar ittifaqı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək Festivalda fəaliyyətdə olan Azərbaycan bəstəkarlarının əsərləri, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrivə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə səslənəcəkcək.
Nəsimi adına Dilçilik İnstitutunda işçi qrupu yaradıldı
Martın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın iclası keçirilib. Olaylar.az bildirir ki, iclasda “Nəsimi: dil araşdırmaları” işçi qrupu təsdiqlənib.
“Könül nəğmələri” Muğam Mərkəzində dinləniləcək
Martın 4-də, saat 19:00 -da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin “Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Konsertdə Estrada sənəti kafedrasının tələbələri yerli və xarici bəstəkarların əsərlərini ifa edəcək.
İqtisadi basqılara kişilər daha çox məruz qalırlar- MÜSAHİBƏ
Olaylar.az "Təmiz dünya" İctimai Birliyində fəaliyyət göstərən psixoloq Sona Davudova ilə müsahibəni təqdim edir. - Sona xanım, bu gün ölkədə qadın hüquqlarını qoruyan, sığınacaq kimi fəaliyyət göstərən bir neçə ictimai birlik var. Harasa və kiməsə sığınmaq məcburiyyətində olan qadının psixoloji durumu hər kəsə inanmağa məcbur edir. Amma cəmiyyətin inandığı, güvəndiyi daha çox "Təmiz dünya"dır. Bu inamı necə əldə etmisiniz?
İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.A.Əliyev adına Mədəniyyət evi Hövsan Mədəniyyət sarayı ilə birlikdə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Olaylar.az bildirir ki, tədbiri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov açaraq mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
Çəllək üzərində rəsm
Art Tower rəsm qalereyasında qadınlar gününə həsr olunmuş çəlləklər üzərində rəsmləri yaradılıb. Olaylar.az bildirir ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə təşkil olunmuşdur.
Tələbələr teatr festivalında uğurla iştirak edirlər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında 5 tamaşa ilə iştirak edəcək. Festivalın 4-cü günündə ADMİU-nun 2 tamaşası nümayiş olunacaq. Bunlardan biri 4 mart tarixində saat 14:00-da “Səmavi” tamaşasıdır. Müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və xoreoqrafı ADMİU-nun Teatr sənəti fakültəsinin rus bölməsinin tələbəsi Raulya Türkkandır. Tamaşada ADMİU-nun Aktyor sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Milana Sokolenko çıxış edir. Tamaşa Rus Dram Teatrının səhnəsində oynanılacaq. Giriş sərbəstdir.
Bu ölkənin raketləri Rusiya üçün təhlükədir – ŞOK İDDİA
Çinin raketləri Rusiyanı hədələyir, bununla əlaqədar olaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə Çini daxil etmək lazımdır. Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen “Focus” jurnalına müsahibəsində bildirib.
DTX-nın əməkdaşları tələbələrlə görüşdülər
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüblər. Öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalq qarşısındakı xidmətlərindən bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş olunub.
Yaradici gənclər əl işlərini təqdim etdilər
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilati dəstəyi ilə Nigar Yusupovanın layihə rəhbəri olduğu “Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir həyata keçirilib. Olaylar.az bildirir ki, layihənin məqsədi ölkəmizdəki yaradıcı, bacarıqlı gənclərə dəstək olmaq, onları tanıtmaq və yaradıcı gənclərin sayını artırmaq idi. Tədbir müddətində müxtəlif növ əl işləri, rəsm əsərləri , muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmlər təqdim olundu.

.jpg)












