Gündəm

İqtisadi regiondan olan sahibkar gənclər üçün təlimlər yekunlaşdı

4 Mart 2019 10:35

Gəncə-Qazax iqtisadi regionundan olan gənclər “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə növbəti təlimlərini yekunlaşdırıb.

Qığçaqların tarixindən bəhs edən kitab nəşr olundu

4 Mart 2019 10:32

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, professor, tarix üzrə elmlər doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin “Dəşt-i-qıpçağın türkləri və ətraf dünya: köçəri çölü və oturaq vahənin simbiozu” monoqrafiyası nəşr edilib.

Əlcəzairdə METRO BAĞLANDI

4 Mart 2019 10:30

Əlcəzairin paytaxtında etiraz aksiyalarının miqyası artır. Mərkəzi meydanlarda və küçələrdə etirazçıların sayı durmadan artır. Ən böyük mitinqlərdən birinin keçirildiyi Oden meydanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılır.

Mədəniyyət xadimləri ilə görüş dövlət başçısının yaradıcı insanlara qayğısının daha bir sübutudur

4 Mart 2019 10:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü çox səmimi keçdi. Görüş dövlət başçısının Azərbaycan mədəniyyətinə, yaradıcı insanlarına olan qayğısını bir daha sübut etdi. Prezident hər kəsi ayrı-ayrılıqda dinlədi. Verilən təkliflərin həll olunması üçün göstərişlər verdi.

Oksana övladının atasından danışdı:  "Rəsmi yox, dini nikahımız var"

4 Mart 2019 10:19

"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı rəqqasə Oksana Rəsulova olub.  Sənətçi aparıcı Ruslan Ağayevin 33 sualını cavablandırıb. Oksana "Şahruk Xan, yoxsa Namiq Qaraçuxurlu yaraşıqlıdır? Fatimə, yoxsa Renka yaxşı rəqs edir" suallarına belə cavab verib:

İlkin qalaya xanımı ilə qatıldı -  Foto

4 Mart 2019 10:10

Aparıcı-aktyor İlkin Həsəni bu dəfə həyat yoldaşı Aysellə birlikdə fotokameramıza tuş gəlib.   Aysel həyat yoldaşının rol aldığı "Bombaltı" filminin qalasında onu tək qoymayıb. 

Qorxunc qasırğa: 22 ölü, 40 yaralı

4 Mart 2019 10:10

ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb. Bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir. Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".

Məşhur caz ifaçısı Sarayda konsert verdi

4 Mart 2019 10:07

Heydər Əliyev Sarayında “Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatı Arturo Sandoval konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsert ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi və "Premyer Art Menecment"in təşkilatçılığı ilə reallaşıb.

Hacı İsmayılov: Bütün xahiş və təkliflər mütləq öz həllini tapacaq

4 Mart 2019 10:04

Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Heydər Əliyev Mərkəzində görüşü əhəmiyyətli bir hadisə oldu. Bunu  Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, "Şöhrət"ordeni kavaleri Hacı İsmayılov deyib.

Xalq artisti Tofiq Tağızadə  Muzey Mərkəzində anıldı

4 Mart 2019 10:02

Azərbaycan Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə Muzey Mərkəzində görkəmli kinorejissor, ssenarist, aktyor, Xalq artisti Tofiq Tağızadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, kinorejissor, Əməkdar elm xadimi Ayaz Salayev tədbiri açaraq istedadlı rejissorun həyat və yaradıcılığından danışıb. O diqqətə çatdırıb ki, Tofiq Tağızadə yerli kinematoqrafiyanın “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Matteo Falkone”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. kimi məşhur filmlərinin müəllifi olub. “Tofiq Tağızadə əsl peşəkar idi, o, tarixi, macəra, komediya və digər müxtəlif janrlarda filmləri lentə alırdı. Bununla yanaşı, o, ssenari yazır, bəzi ekran əsərlərində rollara çəkilirdi. Böyük rejissorun xatirəsi əbədi yaşayacaq”, - deyə A.Salayev bildirib.

Tanınmış muğam ifaçısı dünyasını dəyişdi

4 Mart 2019 10:00

Tanınmış xanəndə Camal Dadaşov vəfat edib. Tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.