Gündəm

Tələbələr “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında

1 Mart 2019 12:08

Yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa martın 4-də “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim olunacaq. Olaylar.az bildirir ki, Mədəniyyət və İncəsənət Universitetinin (MİU)“Teatr sənəti” fakültəsinin üçüncü kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

Xocalı Soyqırımı Meksika mediasının diqqət mərkəzində

1 Mart 2019 11:36

Cari ilin 26 fevral tarixində Meksika Dövlət Xəbərlər Agentliyi “Notimeks” tərəfindən dərc edilmiş “Azərbaycanlılar 1992-ci il Xocalı Qətliamını anır” (Recuerdan Azerbaiyanos la masacre de Jodyali de 1992) adlı məqalədə dünya Azərbaycanlıların 1992-ci il 25 və 26 fevral tarixlərində Azərbaycanın Xocalı şəhərində törədilmiş Soyqırımının qurbanlarını, onlar arasında 106 qadın və 83 uşağın, xatirəsinin anıldığı deyilir. Olaylar.az bildirir ki, bu qətliamın Human Rights Watch QHT-ı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı və Ermənistan silahlı qüvvələrinin müharibə zamanı törətdikləri etnik təmizləmə və dağıntıları nümayiş etdirən bir hadisə olduğu vurğulanır.

YUĞ Dövlət Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək

1 Mart 2019 11:28

Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ustad rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olun “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında dörd tamaşa ilə iştirak edəcək.

2018-ci ildə ən populyar kiberhücum metodu hansı olub?

1 Mart 2019 11:13

 İnformasiya təhlükəsizliyinin təmini üçün "Trend Micro" həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib. Hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.

İvanişvili ABŞ və Rusiyaya vəd verdi – Kreml qıcıqlandı

1 Mart 2019 11:12

Bidzina İvanişvilinin Rusiya və Amerika ilə eyni anda əməkdaşlıq oyunu alınmayacaq. Bu iddia ilə gürcü politoloq Nodar Xarşiladze çıxış edib.

Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu

1 Mart 2019 11:10

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçirildi. Olaylar.az bildirir ki, mərasim Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edirdi.

Keçmiş həyat yoldaşı müğənnini qeyri -səmimilikdə ittiham etdi

1 Mart 2019 11:03

Ötən günlərdə atasını itirən İrem Dericinin eks-əri, radio aparıcısı Rıza Esendemir fotoqrafların obyektivinə tuş gəlib. O, jurnalistlərin “Eks-həyat yoldaşınız İrem Derici sizə zəng edib, baş sağlı verib” sualına cavab verib:

Gənc alimlər arasında müsabiqə elan edildi

1 Mart 2019 10:59

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və mütəxəssisləri arasında müsabiqə elan edilib. Olaylar.az bildirir ki, müsabiqədə dissertasiya işini müdafiə etmiş və elmi fəaliyyətində xüsusi fərqlənənlər, eləcə də yüksək akademik göstəriciləri ilə seçilən magistrantlar “İlin ən yaxşı gənc alimi”, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda dərc olunmuş əsərlərinin sayına görə fərqlənənlər isə “Elmi fəaliyyətin nəticələrinə görə” nominasiyaları üzrə mükafatlandırılacaq.

Türkiyə təyyarəsi Ukraynada qəza enişi etdi

1 Mart 2019 10:55

Türkiyənin İstanbul şəhərindən Rusiyanın paytaxı Moskvaya uçan "Turkish Airlines" hava şirkətinə məxsus sərnişin təyyarəsi Odessada qəza enişi edib.

Uşaq incəsənət məktəbinin şagirdləri Londonda qalib oldular

1 Mart 2019 10:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Londonda keçirilən “Kingdom art stars” müsabiqəsində iştirak ediblər.

“5G” şəbəkəsində ilk videozəng edilib

1 Mart 2019 10:49

Çinin “ZTE” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) ilk uğurlu videozəng edib. İstehsalçı sınağı İtaliyanın “Wind Tre” rabitə operatoru və “Open Fiber” telekommunikasiya şirkəti ilə birgə həyata keçirib.

Muxtar respublikada “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyaya start verilib

1 Mart 2019 10:47

Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilir.

Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı sərgi açılacaq

1 Mart 2019 10:43

Martın 2-də Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaqdır.

Trampın sanksiyaları İrəvanı da vurdu

1 Mart 2019 10:42

ABŞ-ın Rusiyanın “Rusal” şirkətinə tətbiq etdiyi sanksiyalar öz təsirini Ermənistanda da göstərib. Bu barədə məlumatı “Hetq.am” saytı yayıb. Məlumata görə, sanksiyalar nəticəsində “Rusal”ın tərkibində yer alan və alüminium folqa istehsalı ilə məşğul olan “Armenal” zavodunun istehsalı 15% azalıb. İstehsal və ixracın azalması zavodun ödədiyi verginin 37% azalması ilə nəticələnib.

“İbrahim Tatlıses məni yatağa itələdi”

1 Mart 2019 10:35

Türkiyəli aktrisa Yeşim Akbulut “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında maraqlı açıqlamalar verib. Sənətçi qastrolda olduqları zaman İbrahim Tatlısesin onunla yatmaq istədiyini deyib. “Biz Bursada idik. İbrahim bəydən səhər 11-də zəng gəldi. Məni otağına dəvət etdi. Getdim, məni görüb yatağa itələdi.