Gündəm

Fuad Abbasov təhdidlərdən danışdı: Qorxuram...

1 Mart 2019 10:33

İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasovun eksklüziv müsahibəsi: - Azərbaycanlılar və çeçenlər arasındakı davanın arxasında “erməni izi”nə çıxmağa necə nail oldunuz? Bəziləri məhz sizin operativliyiniz sayəsində münaqişənin alovlanmasının qarşısının vaxtında alındığını söyləyir, amma Rusiyada yaşayan azərbaycanlılar arasından da şəxslərin olduğu bəziləri isə sizi təxribatçı adlandırır. Bu cür tənqidə necə yanaşırsınız? Hər şey əslində necə baş verib? Bu məsələdə sizin iştirakınız necə olub?

Pentaqonun Əfqanıstan planı AÇIQLANDI: 5 il ərzində...

1 Mart 2019 10:31

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) Əfqanıstandakı iqtidarı Taliban və Kabil hökümətləri arasında bölüşdürmək üçün hazırlanan sülh planının bəzi detalları mediaya sızıb. Avropa ölkələrinə təqdim edilən planda ABŞ əsgərlərinin 5 il ərzində Əfqanıstandan tamamilə çıxacağı qeyd edilib.

“Çölçü” daha bir beynəlxalq mükafata layiq görüldü

1 Mart 2019 10:29

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “CROWN WOOD INTERNATIONAL” Film Festivalında iştirak edərək “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülmüşdür. Olaylar.az bildirir ki, “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur.

Youth Inc. və eazi START arasında memorandum imzalandı

1 Mart 2019 10:26

Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Olaylar.az bildirir ki, imzalanan memorandum “New Generation” layihəsi çərçivəsində hər iki mərkəzdə fəaliyyət göstərən startap komandalarının, tədris və praktiki metodikalarının qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.

Yəməndə dəhşət: Artilleriya uşaqları vurdu

1 Mart 2019 10:25

Husilər Yəmənin Hudeydə bölgəsinə artilleriya zərbələri endiriblər. Bu barədə Yəmən ordusunun tərkbindəki Amalika qüvvələri Tvitter hesabından paylaşım edib.

Azərbaycanlı aparıcı ata olacaq

1 Mart 2019 10:20

“Xəzər” TV-də yayımlanan “Anamın yeməyindən yoxdur” proqramının aparıcısı Ağakərim Əbülfəzoğlu ata olmağa hazırlaşır. Mayda onun qız övladı dünyaya gələcək.

Polis gecəyarısı DƏHŞƏT SAÇDI: 2 nəfər öldü, özü isə...

1 Mart 2019 10:14

Türkiyənin Mersin şəhərində dəhşətli hadisə baş verib. Naməlum şəxs qızıl mağazasına basqın edib. Mağaza işçilərini odlu silahla təhdid edən cinayətkar onlardan vitrindəki dəyərli əşyaları toplayıb vermələrini tələb edib. Lakin satıcılar onun istəyinə əməl etməyib. Beləliklə, onlar odlu silahdan açılan atəş nəticəsində ölüb.

“Balaca şahzadə” Dövlət Musiqili Teatrının səhnəsində

1 Mart 2019 10:13

Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

Muğam Mərkəzində Xalq artisti Teymur Mustafayevin yaradıcılıq gecəsi

1 Mart 2019 10:09

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert  Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu

1 Mart 2019 10:05

ABŞ hökuməti Əl Qaidə terror təşkilatının sabiq lideri Usamə Bin Ladenin oğlu Həmzə Bin Ladenin başına mükafat qoyub. Mükafatın dəyəri 1 milyon dollardır. Bin Ladenin yeri və ya şəxsiyyəti haqqında doğru məlumat verənlər bu mükafatın sahibi olacaq.

Ölkə Prezidentinin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

28 Fevral 2019 17:14

halinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Bu günümüzdən dünənimizə, həmçinin qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə nəzər yetirdikdə bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını, islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini daha aydın görürük. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi və s. kimi tədbirlər vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir.

Regional mədəniyyət idarələrində peşəkarlığının artırılması üçün təlimlər keçirilir

28 Fevral 2019 16:33

Fevralın 28-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Nazir Şeyx Fahim bin Sultan Əl Qasimini rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

28 Fevral 2019 16:29

Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyinin Hökumət əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Olaylar.az bildirir ki, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Akademik Rafael Hüseynov Xalq artistinin xatirəsinə kitab yazdı

28 Fevral 2019 16:26

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun xatirəsinə həsr etdiyi “Hacıbaba Hüseynov” adlı kitabı çapdan çıxıb. Olaylar.az bildirir ki, kitab Prezident İlham Əliyevin “Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi haqqında” 22 fevral 2019-cu il tarixli Sərəncamına əsasən nəşr olunub.