Gündəm

“İlham Əliyev çox möhtəşəm addım atdı” – BƏHRUZ QULİYEV

28 Fevral 2019 15:50

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərmanı ilk növbədə, dövlət başçımız tərəfindən başladılan sosial inqilabın mühüm tərkib hissələrindədir”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.

“Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa 

28 Fevral 2019 15:27

Fevralın 28-də Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

“Gözəl və cadugər” - Öyrədici pilot layihəsi çərçivəsində nümayiş olundu

28 Fevral 2019 14:48

Gəncə Kukla Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi “Uşaq teatr sənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində “Gözəl və cadugər” adlı tamaşa nümayiş etdirilib. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaq, bununla bərabər onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalandı

28 Fevral 2019 14:43

Fevralın 28-də Azərbaycan Dillər Universiteti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb. Olaylar.az bildirir ki, memorandum Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşaraq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.

Pantomima Teatrında premyera olacaq

28 Fevral 2019 14:38

Martın 3-də Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşa - “Xocalı - bu olub” adlı tamaşanın premyerası olacaq.  Olaylar.az bildirir ki, səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq.

“Elm günü”nə həsr olunmuş dəyirmi masa 

28 Fevral 2019 14:27

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Olaylar.az bildirir ki, tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda dəyirmi masa keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi dəyirmi masada universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.

Muzeydə görmə qabiliyyəti məhdud olan insanlara sertifikatlar verildi

28 Fevral 2019 13:49

Fevralın 28-də Azərbaycan Xalça Muzeyində açılan və görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulan “Tarixə və ənənəyə toxunuş” sərgisinə yekun vurulub. Olaylar.az bildirir ki, sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovsuz xalçaların toxunması üzrə muzeyin ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən ustada dərslərinin iştirakçılarına sertifikatlar verilib.

Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır

28 Fevral 2019 11:18

"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda gürcüstanlı həmkarı xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə deyib.

Təranə Nazəninə söz atdı: “Mən keçmişimi sevirəm” - Video

28 Fevral 2019 11:08

Müğənni Təranə Qumral 1998-ci ildə AzTV-də yayımlanan “Gəl, səhərim” adlı proqramdan arxiv görüntülərini paylaşıb. Sözügedən videoda Musa Musayev də yer alıb. Təranə paylaşımına “Mən keçmişimi sevirəm” sözlərini yazıb. O, bu fikirləri ilə bir neçə gün öncə eyni proqramdan görüntüləri yayılan uzun illərdir danışmadığı müğənni Nazənin Salayevaya söz atıb.

Bakı Dövlət Universiteti “Yubiley loqosu” müsabiqəsi elan edir

28 Fevral 2019 11:03

2019-cu ildə Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Olaylar.az bildirir ki, bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır. Loqonun eskizi [email protected] elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir.

“İlham Əliyevlə görüşmək istəyirəm” – Paşinyan

28 Fevral 2019 11:01

“Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud formatı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəyirəm”. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"İran rəsmiləri mənə ömürlük qadağa qoydu" - Namiq

28 Fevral 2019 10:53

Meyxanaçı Namiq Qaraçuxurlu İranda ona qadağa qoyulduğunu açıqlayıb.  Sənətçi 15 ilə yaxın müddətdə İrana buraxılmadığını etiraf edib: "2003-cü il, Zəncan şəhərində stadion konsertinin ikinci günü. Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci konserti isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cur qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar bizi başa düşdülər və konsertə icazə verdilər, yalnız bir şərtlə: Ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. 

Meksikanın nüfuzlu Pulse News qəzeti: Xocalı Soyqırımı - Arzuların məhv edildiyi gecə

28 Fevral 2019 10:53

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The Pulse News” qəzetində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun “Xocalı Soyqırımı, arzuların məhv edildiyi gecə” (Khojaly Genocide, the night when dreams were shattered https://pulsenewsmexico.com/2019/02/26/the-khojaly-genocide-the-night-when-dreams-were-shattered-2/ ) başlıqlı məqaləsi dərc olunmuşdur.

Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi - FOTO

28 Fevral 2019 10:48

Fevralın 27-də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyada Vaşinqtonda və onun ətrafında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı barədə faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.