ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalandı
Fevralın 28-də Azərbaycan Dillər Universiteti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb. Olaylar.az bildirir ki, memorandum Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşaraq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.
28 Fevral 2019 14:43 SosialFevralın 28-də Azərbaycan Dillər Universiteti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb.
Olaylar.az bildirir ki, memorandum Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşaraq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.
Rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu deyib və vacib hadisənin baş tutduğunu diqqətə çatdırıb: "Cənab Prezident İlham Əliyev və Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bir sıra türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Onun da sədri Günay xanım Əfəndiyeva mənim çoxdan tanıdığım ləyaqətli Azərbaycan ziyalısıdır. Bu gün qarşılıqlı razılaşma ilə anlaşma memorandumu imzalayacağıq. Fondun bu gün Azərbaycanda və xarici ölkələrdə gördüyü çox ciddi işlər var, çox maraqlı layihələr həyata keçirir".
G.Əfəndiyeva Azərbaycanın ən nüfuzlu universitetlərindən biri olan ADU ilə anlaşma memorandumunun imzalanmasından şad olduğunu deyib.
Memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədi ilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, ADU-nun sonuncu kurs bakalavr və magistr tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili və sertifikatların təqdim olunması, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, türk dünyasının zəngin mədəniyyəti və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair Fondun müvafiq sənədlərinin və elmi tədqiqatların ADU tərəfindən tərcümə edilməsi və birgə nəşrlərin çap olunması, ADU-da Fondun himayəsində Türk dünyası elmi tədqiqat və araşdırmalar mərkəzinin yaradılması sahələri üzrə əməkdaşlıq nəzərdə tutulub