Gündəm

“Boomerang” layihəsi təqdim edildi

28 Fevral 2019 10:42

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kiçik səhnəsində “Boomerang” layihəsinin təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirin məqsədi tələbələri layihənin gedişatı, sənədləşmə qaydaları və son tarixlər barədə ətraflı məlumatlandırmaqdır. Tədbirdə çıxış edən British Council-un direktor müavini Nigar Baimova çıxış edərək bildirib ki, British Council Ali Təhsil Sahibkarlıq sahəsinin inkişafına istiqamətlənmiş Creative Spark proqramına start verib. Proqram çərçivəsində Birləşmiş Krallıqdan Gradcore və London İncəsənət Universiteti (UAL), Azərbaycandan Mədəniyyət və İncəsənət Universiteti və Yarat Müasir İncəsənət Məkanı arasında tərəfdaşlıq formasını həyata keçirəcək “Boomerang” layihəsi hazırlanıb.

Ötən ilin ən yaxşı smartfonu açıqlanıb

28 Fevral 2019 10:33

“Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsiflər heyətinin qərarı ilə “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib. Bu barədə tədbirin saytında deyilir.

İtaliyalı pianoçu ustad dərsi keçdi

28 Fevral 2019 10:30

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliyalı pianoçu, Milan Konservatoriyasının məzunu Marko Falossi akademiyanın tələblərinə ustad dərsi keçib. Professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsində xarici bəstəkarların əsərlərinə müraciət olunub.

Günel türkiyəli məşhurla duet oxudu – VİDEO

28 Fevral 2019 10:29

Türkiyədə yaşayan müğənni Günel Zeynalova türkiyəli həmkarı Orhan Ölmezlə duet ifa edib. Bu barədə həmyerlimiz instaqramda məlumat verib.

Muğam Mərkəzində “Azərbaycan tarı, dünən bu gün və sabah”

28 Fevral 2019 10:26

Fevralın 28-də  Beynəlxalq Muğam Mərkəzində  Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin Milli Konservatoriya ilə  birgə təşkil etdiyi “Azərbaycan tarı, dünən bu gün və sabah” adlı tədbir  keçiriləcəkdir.

Ukrayna “Eurovision 2019”dan imtina etdi

28 Fevral 2019 10:16

Ukrayna “Eurovision 2019”da mahnı müsabiqəsində iştirak etməyəcək. Buna səbəb onların yarışmadan imtina etməsidir. “İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır” deyə, Ukraynanın Milli Teleradio şirkəti məlumat yayıb.

Balaca gimnastımız Mina Abbasova  Beynəlxalq turnirin qalibi oldu

28 Fevral 2019 10:16

Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib. Olaylar.az bildirir ki, Macarıstanla yanaşı, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə Azərbaycanı yenə də həmyerlimiz - 8 yaslı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, 2-ci yerə layiq görülüb və gümüş medal qazanıb.

Aleksey Boqdançikov "Sevilya bərbəri" operasında 

28 Fevral 2019 10:11

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, həmin tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət eymişdir.

Bu çörəyin 34 "yaşı" var - FOTO

28 Fevral 2019 10:05

Tacikistan vətəndaşı Umarali Zulfov bir neçə il Özbəkistanın qədim Səmərqənd şəhərində müəllim işlədikdən sonra Düşənbəyə qayıdarkən özü ilə Səmərqənd çörəyi də aparır.

Ötən ilin yekunları üzrə televizor bazarının lideri məlum olub

28 Fevral 2019 10:04

İriölçülü televizorlar və premium səviyyəli modellər “Samsung” şirkətinə 2018-ci ilin yekunları üzrə ardıcıl 13-cü dəfə dünya televizor bazarının lideri olmağa kömək edib. Bu barədə “Business Korea” nəşri “IHS Markit” analitik şirkətinə istinadən məlumat verib.

Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac

27 Fevral 2019 15:08

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. “Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən kampaniya Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

"Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi"

27 Fevral 2019 14:45

"Son dövrlərdə ermənilər Sumqayıt hadisələrini qabartmaqla onlar tərəfindən 1992-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən ən dəhşətli faciə olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən işlərə kölgə salmağa cəhd edirlər. Hər kəsə məlumdur ki, Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi və bu plan heç bir azərbaycanlının əli olmadan həyata keçirilib”. Bu fikirləri Olaylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.