"Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi"
"Son dövrlərdə ermənilər Sumqayıt hadisələrini qabartmaqla onlar tərəfindən 1992-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən ən dəhşətli faciə olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən işlərə kölgə salmağa cəhd edirlər. Hər kəsə məlumdur ki, Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi və bu plan heç bir azərbaycanlının əli olmadan həyata keçirilib”. Bu fikirləri Olaylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
27 Fevral 2019 14:45 Siyasət"Son dövrlərdə ermənilər Sumqayıt hadisələrini qabartmaqla onlar tərəfindən 1992-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən ən dəhşətli faciə olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən işlərə kölgə salmağa cəhd edirlər. Hər kəsə məlumdur ki, Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi və bu plan heç bir azərbaycanlının əli olmadan həyata keçirilib". Bu fikirləri Olaylar.az -a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ermənilərin Xocalı faciəsinin soyqırımı kimi tanıdılmasına mane olmaq məqsədilə atılan addımlarının əsassız olduğunu deyən baş redaktor söyləyib ki, Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilən cinayət, vəhşilikdir: "Bildiyiniz kimi, bəşər tarixində ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycana qarşı 4 dəfə soyqırımlar həyata keçiriblər. Onlar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı fəlakətlər törədib, etnik təmizlənmə siyasəti aparıb, insanları doğma yurdlarından didərgin salıblar. Yeni tarixin ən dəhşətli hadisəsi isə Xocalı faciəsi olub. Bu, təkcə Azərbaycana qarşı deyil, dünya insanına, bəşəriyyətə yönələn terror aktıdır".
Ekspert qeyd edib ki, Azərbaycan diplomatiyası nəticəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülüb: "Bütün bu görülən işlərin nəticəsində Amerikanın təqribən 30 ştatı və 15 ölkənin parlamenti Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyır. Təsadüfi deyil ki, bu istiqamətdə müntəzəm işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası bu baxımdan xüsusi yer tutur. Ancaq bu insanlıq faciəsinin dünyaya daha geniş tanıdılması üçün işlər hələ bitməyib".
B.Quliyev vurğulayıb ki, Xocalı faciəsi Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsidir: "Ermənistan faktiki olaraq mono etnik dövlətdir. Hazırda bu ölkədə başqa xalqların sayı əhalinin cəmi 3-5 faizini təşkil edir. Ermənistandan fərqli olaraq, Azərbaycanda bütün xalqlar dilindən, dinindən, irqindən asılı olmayaraq dostcasına yaşayır. Ölkəmizdə 30 mindən çox erməninin yaşaması bir daha sübut edir ki, Azərbaycan heç zaman etnik təmizləmə siyasəti həyata keçirməyib, burada yaşayan ən kiçik xalqlara qarşı belə həssas münasibət göstərib. Məhz bunun nəticəsidir ki, bütün dünya Azərbaycanı multikultural ölkə kimi tanıyır və qəbul edir ".
Baş redaktor əlavə edib ki, görülən işlərə baxmayaraq, hələ də beynəlxalq təşkilatlar və insan hüquqlarının müdafiəçiləri, demokratiya carçıları bu məsələyə hüquqi qiymətin verilməsinə heç bir cəhd göstərmirlər: "Bu faciəni törədənlər, onu planlaşdıran bir qrup hərbiçilər hələ də nə beynəlxalq, nə də digər hüquq müstəvisində ədalət mühakiməsinin qarşısına çıxıb, öz dəhşətli cinayətlərinə görə cavab verməyiblər. Azərbaycanın istəyi soyqırımı faktlarının reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq və bunu törədənlərin cəzalandırılmasıdır".