Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. “Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən kampaniya Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. "Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac" devizi ilə keçirilən kampaniya Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Olaylar.az bildirir ki, universitetin çoxsaylı tələbəsinin iştirakı ilə keçirilən aksiyada təyin edilmiş ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib. Ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq keçirilən aksiyada, eyni zamanda, həmin ərazidə əvvəllər əkilmiş ağaclara qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31